Roma Papasının yerinə gözü düşən uşaq

Vatikanda ailə mövzusuna həsr olunmuş dini tədbirdə Roma Papasının iştirakı zamanı heç kimin gözləmədiyi və hazır olmadağı bir vəziyyət yaranıb.

Zahirən təxminən 4-5 yaşı olana bənzəyən balaca bir oğlan səhnəyə çıxaraq Papa Fransisə yaxınlaşıb və tədbirin sonuna qədər onun yanından kənara çəkilməyib.

Tədbirdə iştirak edən rəsmilərin və köməkçilərin uşağın başını qataraq səhnədən uzaqlaşdırmaq cəhdləri isə bir nəticə verməyib.