YouTube-da rekord qıran video: it aça bilmədiyi qapını pişik açır

İngiltərənin Sheffield şəhərinin sakini Matt Hurst evdə saxladığı it və pişiyini mətbəxə salıb səhər tezdən işə gedir.

Lakin işdən qayıdan ev sahibi Dexter adlı pişiyinin və Gizmo adlı itinin mətbəxdən çıxıb evi gəzib-dolandıqlarının şahidi olur.

Məsələni aydınlaşdırmaq üçün Matt evində video kamera quraşdrır və nəticədə məlum olur kı, mətbəxin qapısını açan pişik Dexter-dir.

Dexter ilə Gizmo-nun mətbəxdən necə qaçdıqlarını əks etdirən video ötən həftə Youtube-da yerləşdiriləndən sonra 440,000 dəfə baxılıb.