Guinnes 2014: ayaqla süzülən çay, skeytbordçu keçi və digərləri

Britaniyalı akrobat Leilani Franco, 2014-cü il Guinnes Dünya Rekordlar siyahısına daxil edilənlərdən biridir. O, çayı yalnız ayaqlarından istifadə edərək süzə və içə bilir.

Cümə axşamı buraxılan siyahıda həmçinin dünyanın ən kiçik yolda işlənə biləcək maşını (0.63x1.30 metr), skeytbordinq vasitəsilə ən uzaq yol gedən keçi (33 metr), dünyanın ən böyük gəzən robotu (8x15 metr) olan əjdaha və dünyanın ən böyük tozsoran kolleksiyası (322 model) var.