Rəsul Cəfərov: "Həbslər seçki şəraitində qorxu yaradır"
İnsan Haqları Klubunun sədri və Demokratiya naminə Mədəniyyət kampaniyasının koordinatoru Rəsul Cəfərov Londona gəlib və BBC Azərbaycancaya müsahibə verib.
O, Azərbaycanda seçkiqabağı mühit və insan haqlarının durumu haqqında danışıb.
Rəsul Cəfərovun fikirncə, Azərbaycanda "ciddi şəkildə siyasi məhbus problemi" var. O, iddia edib ki, prezidentliyə namizədlərin imzalarının toplanmasında problemlər var.