Suriya qaçqınları İraq Kürdüstanına keçir

Minlərlə suriyalı qaçqın Suriyadan İraq Kürdüstanına keçir, BMT-nin qaçqınlar üzrə agentliyi deyir.

Şənbə günü 10 000-ə qədər adam Peshkhabour keçid məntəqəsindən əraziyə daxil olub. Beləliklə cümə axşamından gələn adamların sayı 20 000-ə çatıb. BMT deyir ki, səbəblər tam aydın deyil.

Müxbirlərin xəbərinə görə, BMT agentlikləri, kürd regional hökümət və QHT-lər bunun öhdəsindən gəlməkdə çətinlik çəkir.

Bazar günü isə BMT kimyəvi silah müfəttişləri bir neçə dəfə təxirə salınmış missiyaları üçün Dəməşqə gəlib.

Komanda iki həftə ərzində üç sahəyə, o cümlədən kimyəvi silahın işlənməsi barədə ittihamların mərkəzində olan Khan al-Assal şəhərinə baş çəkəcək.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) deyir ki, bu, 2011-ci ilin mart ayında Suriya prezident Bəşər əl-Əssədə qarşı başlayan üsyandan bəri ən böyük qaçqın axınlarından biridir.

Səbəblər hələ aydın olmasa da, suriyalı kürdlərlə islamçı anti-hökümət döyüşçüləri arasında toqquşmaların sayında kəskin artım müşahidə olunub.