Marilyn Monroe-nun heç yayımlanmayan şəkilləri

Amerikalı aktrisa və müğənni Marilyn Monroe-nun indiyədək çap olunmamış fotoşəkilləri Kaliforniyadakı hərraca çıxarılaraq böyük maraq doğurub.

Satışa çıxarılan digər əşyalar arasında James Bond filmlərində istifadə edilən Walther tapançası da var.

Məşhur 007 agentinə məxsus silahın 200 min dollara satılacağı gözlənilir.