Baykonurdan göyə qalxan Rusiya raketi havada partlayıb
Fəzaya GLONASS naviqasiya sisteminin 3 peykini çıxaracaq "Proton-M" raketi uçuşun ilk anlarında trayektoriyasından çıxaraq partlayıb.
“Rossiya-24” televiziya kanalının canlı yayımındakı kadrlarda yan çökən raketin yerə düşməsindən əvvəl pərəm-pərəm olduğunu görmək olar.
Hadisənin araşdırılması üzrə komissiya yaradılıb.
Qəzadan dərhal sonra Fövqəladə Hallar Nazirliyi yaxındakı yaşayış məntəqələrindəki əhalinin evakuasiyasını nəzərdən keçirib.