Azərbaycanın ilk peşəkar maşın dizayneri

Samir Sadıxov məhşur və dəbdəbəli Lamborghini avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb.

Bu sahədə ilk peşəkar azərbaycanlı olmağı "gözəl" kimi təsvir edən cənab Sadıxov deyir ki, eyni zamanda nümunə ola biləcək adamın olmasını də istəyərdi.

Buna görə də, Sadıxov Bakıda avtomobil dizaynı kursları təşkil edir.

Onun ən böyük arzusu, Azərbaycanda bu sahənin inkişafı, daha çox insanın avtomobil dizayneri olması və gələcəkdə yerli avtomobil istehsalı şirkətlərində çalışmasıdır.