Fərid Məmmədov: "Həm sevindim, həm üzüldüm"
Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Fərid Məmmədov BBC Azərbaycancaya danışıb.
O, Rusiya və Azərbaycan arasında yaşanan "xal" qalmaqalını özünə aid etmir və rus ifaçı Dina Garipova ilə münasibətlərinin "yaxşı" olduğunu deyir.
"Biz orada mahnıları haqqında danışırdıq, kimin çıxışı necədir, o bizim mahnını bəyənirdi, mən də onların. Proses ifaçılar üçün super idi. Qalan şeylər isə bizə aiddiyyatı yoxdur."
18 mayda keçirilən müsabiqənin finalında Azərbaycan təmsilçisi Fərid Məmmədova Rusiyadan 12 xal verilib, Rusiyaya isə Azərbaycan tərəfindən xal verilməyib.
Hadisədən bir gün sonra Rusiya və Azərbaycan bəyan edib ki, Eurovision mahnı müsabiqəsinin finalında Azərbaycanın Rusiyaya niyə bir xal belə vermədiyini araşdırırlar.
Məmmədov həm də ikinci yer tutmağından və "Bakıda qarşılanma məsələsi"ndən danışıb.
Müğənni ilə müsahibəni BBC Azərbaycancanın Bakı prodüseri Xanım Cavadova aparıb.
Videoda istifadə edilən klip parçası Məmmədovun final zamanı ifasındandır.