Həşəratlar ərzaq probleminin həlli ola bilər - BMT
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına əsasən dünya boyu 2 milyard adamın yemək rasionuna daxil edilmiş həşəratlar mühüm protein və minerallar mənbəyinə çevrilib.
Beynəlxalq qurum ərzaq çatışmazlığından korluq çəkən Asiya, Afrika və Latın Amerika ölkələrində həşərat istehsalının artmasını görmək istərdi.
Hazırda həşəratların çoxu təbii çevrədə toplanılır. Lakin mütəxəssislər onların sənayeləşdirilmiş şəkildə yetişdirilməsinin çətin olmadığını deyirlər.