Moskva: Lenin mavzoleyi təmirdən sonra yenidən açılıb

Keçən ildən bu yana binanın təməlinin bərpası ilə bağlı təmir işlərinə bağlanılmış mavzoley Mayın 15-dən ziyarətçilərin qəbuluna başlayıb.

1924-cü ildə Leninin vəfatından sonra sovetlərin banisinin hazırkı məzarı yerində taxtadan tikilmiş ilk mavzoley qurulub.

Son illər ərzində Vladimir Leninin dəfn olunması məsələsi ətrafında mübahisələr səngimək bilmir.

Ötən il <link type="page"><caption> Rusiya prezidenti deyib ki</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2012/12/121211_putin_lenin_russian_reactions.shtml" platform="highweb"/></link>, “Qızıl meydanda Lenin mavzoleyinin mövcudluğu dünya dini ənənələrin davamı kimi qəbul olunmalıdır”.

Vladimir Putinin bu fikri rus millətçiləri və pravoslav fəalların etirazına səbəb olub.