"Daha böyük timsah olsaydı mən başsız qalardım"

Fransalı balıqçı Yoann Galeran timsahın çənəsindən qurtulandan cəmi bir neçə saat sonra balıqçı qayığına qatıdıb.

Cənab Galeran bazar ertəsi Avstraliyanın şimali sahilində üzəndə, ona dəniz suyu timsahı hücum edib.

29 yaşlı Yoann Galeran deyib ki, timsah onun başını və boynunu dişlərinin arasında sıxıb onu batırmağa çalışırdı.

"Xoşbəxtlikdən böyük timsah deyildi məncə. Məncə bəxtim gətirmişdi, daha böyük timsah olsaydı mən başsız qalardım", fransalı balıqçı Avstraliyanın ABC yayımçısına müsahibəsində deyib.

Avstraliyada yaşayan cənab Galerana yerli xəstəxanada başındakı və boynundakı yaralara bir neçə tikiş edilib.

Zooloq Charlie Manolis deyib ki, timsahın çəkisi yəqin 40 kiloqramdan az olub və yaşlı adama təhlükəli olmaq üçün yetərincə böyük deyildi.