Putin itlərlə gəzintidə
Çərşənbə günü Rusiya ictimaiyyətinə Vladimir Putinin şəxsi fotoqrafının çəkdiyi yeni şəkillər təqdim olunub.
Fotoşəkillər Rusiya liderinin Yume, Akito-İnu və Baffi ləqəbli itlərlə gəzintiyə çıxdığını təsvir edir.
Putini tez-tez son texnika və silah növünü nümayiş etdirərkən görmək olar.
Ötən ilin sentyabr ayında <link type="page"><caption> Rusiya prezidenti</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2012/09/120906_putin_cranes.shtml" platform="highweb"/></link> Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı Sammitinə yollanarkən deltaplanla sibir durnalarının qatarını müşayiət edib.