Nərgiz Yaqublu: "Atam və bacımın həbsindən sonra yenə də ayaqdayıq"
Ailəsinin iki üzvü həbsdə olan Müsavat partiyası fəalı Nərgiz Yaqublu BBC Azərbaycancaya deyir ki, hakimiyyətə “deməyə sözü yoxdur”.
Lakin Yaqublu Azərbaycan prezidenti İlham Əliyevə xitabən bildirib ki, atası barədə verilən qərardan “sarsılmayıb”.
“Bacım Nigar Yaqublunu həbs etdin, biz ayaqüstə durduq, dünən atam Tofiq Yaqublunu həbs elədin, yenə də ayaqdayıq, biz həmişə haqqımızı tələb edəcəyik”.
Yanvar ayındakı yürüşdən sonra prezident İlham Əliyev opponentlərini "antimilli ünsür" adlandırıb.
Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu, ReAL Hərəkatının sədri İlqar Məmmədov və digər iki İsmayıllı sakininə qarşı “ictimai qaydaları pozma və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə” ittihamları ilə iki aylıq həbs qəti-imkan tədbiri seçilib.
Nigar Yaqublu sürücülük vəsiqəsi olmadan avqustun 25-də Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının törədilməsində ittiham olunub və ona iki il yarım məntəqə tipli cəza verilib.