İlham Əliyev və birinci ledi Luvr muzeyində

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransanın Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni qanadın açılışında iştirak edib.

Luvrun İslam incəsənəti departamentinin açılışını Fransa Prezidenti Francois Hollande edib.

131 milyon dollara başa gəlmiş yeni qanad Fransa hökuməti tərəfindən və Səudiyə Ərəbistanı, Mətakeş, Küveyt, Oman və Azərbaycanın ianələrilə maliyyələşdirilir.

Parisin məhşur muzeyinin rəhbərliyi hesab edir ki, yeni departament Qərbdə İslam biliyinin inkişafında yardımçı olacaq.

Mərasimdə çıxış edən prezident Holllande deyib ki, İslam bu gün onun adından danışan ekstremistlərdən "daha tolerant dindir".