Üsyançılar silahı yerə qoyaraq mahnı oxuyublar
Kolumbiyanın ən böyük üsyançı qrupunun lideri təsdiq edib ki, hərəkat sülh razılaşması imzalanması üçün ölkə rəhbərliyilə danışıqlara başlayıb.
Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) rəhbəri Rodriqo Londonyo bu barədə internetdə yayılmış video müraciətdə bəyan edib.
Londonyonun bəyanatının ardınca videoda həmçinin FARC silahlılarının mahnı oxuduğunu göstərən kadrlar əks olunub.