Azərbaycanlı rəssam: Məni sərgilərə dəvət etmirlər

BBC Azərbaycanca "Britaniyada azərbaycanlılar" layihəsini davam etdirir. Layihənin bir hissəsi olaraq Britaniyada yaşayan azərbaycanlılarla müsahibələr və onlar haqqında reportajlar təqdim olunur.

Britaniyada azərbaycanlılar silsiləsindən növbəti müsahibə Londonda yaşayan gənc rəssam Nailə Zülfüqarova ilədir.

Londondakı Caspian-Xəzri məktəbində menecer işləyən Nailə xanım buradakı həyatından məmnun olduğunu desə də, müraciətlərinə baxmayaraq, azərbaycanlı rəssamların onu sərgilərdə iştirak üçün dəvət etmədiyindən şikayətlənir.

Onunla müsahibəni Könül Xəlilova aparıb.