Çin fəzaya ilk qadın kosmonavtını göndərir

Göyərtəsində qadın kosmonavt olan Şençjou-9 kosmik gəmisi yerin orbitinə qaldırılıb.

Lyu Yan Çin Hava qüvvələrinin mayoru rütbəsini daşıyır.

Kosmosa qalxan 3 nəfərdən ibarət heyət gəmini orbitdə dövrə vuran Tyanqun-1 stansiyasına birləşdirməlidir.

Çin hökuməti uçuşun plana uyğun keçdiyini bildirib.

Pekinin dövlət proqramı çərçivəsində 2020-ci ilədək kosmosda daimi heyətə malik olan 60 tonluq stansiyanın yerləşdirilməsi nəzərdə tutulur.

Bundan əvvəl Amerika 16 ölkənin istifadə etdiyi Beynəlxalq Kosmik Stansiyada çinli kosmonavtların təmsil olunmasına etiraz edib.