50-dək köpəkbalığı çimərlik yaxınlığında balıq ovlayır- video
Avstraliyada çimərliyi bir müddətə bağlamaq lazım gəlib.
Bu addıma səbəb 50-dək köpəkbalığının sahildən cəmi 700 m məsafədə onlar üçün yem olan xirda balıqlara görə suda boğuşması olub.
Köpək balıqları vertolyotda dəniz üzərindən uçan heyət tərəfindən aşkar edilib.
Köpəkbalıqlarından bəzilərinin uzunluğu 2.5 metr təşkil edib.
Onlar balıq sürüsünə rast gələrək fürsəti buraxmadan ova başlayıblar.
Almilərə görə köpəkbalığı sürüsünün kiçik balıq sürüsünə hücumu və bundan sonra başlanan yenm uğrunda köpəkbalıqları arasında döyüş təbii fenomendir. lakin bu hadisənin sahil yaxınlığında baş verməsi qeyri-adi bir hadisədir.