Erməniyə ərə getmiş azərbaycanlı qadının hekayəsi

O , mənə ismarışlar göndərirdi, məktub yazırdı.

Qorxurdum. Başqa millətdən idi...

Kimsə anama pıçıldamışdı ki, “qızın filankəslə gizli görüşür”. Anam məni yanına çağırıb dedi: “Bizdə elə adət yoxdur. Azərbaycanlı oğlan başqa millətdən qız ala bilər, amma azərbaycanlı qız başqasına gedə bilməz”.

Uzun illər öncə erməniyə ərə getmiş və artıq öz dilində danışa bilməyən və hazırda Dağlıq Qarabağın Saruşen kəndində yaşayan azərbaycanlı qadınının hekayəsini videoda izləyin.

Yerevan müxbirimiz Aleksey Manvelyanın Dağlıq Qarabağdan hazırladığı videoları növbəti günlərdə saytımızda izləyə bilərsiniz.