Yeni Şimali Koreya liderinin doğum gününə hədiyyə
Şimali Koreyanın yeni lideri Kim Çen Inın ad günü şərəfinə dövlət televiziyası onu tərifləyən sənədli film nümayiş etdirib.
Filmdə yeni rəhbərin ali hərbi komandan rolunu necə mənimsəməsi - hərbi bazalara yoxlanış üçün baş çəkməsi, onlarla fotolar çəkdirməsi, salamlaşması, tankda oturması, qırıcı təyyarələri müşahidə etməsi göstərilir.