Musiqini eşitmirəm, eşitmə qabiliyyətim yoxdur, amma rəqs edirəm

Videonun alt yazısı, Musiqisiz rəqslər mümkündürmü? Eşitmə qabiliyyətindən məhrum rəqqasın hekayəti

Andrey Draqunov anadangəlmə eşitmə qabiliyyətindən məhrumdur. Lakin buna rəğmən o, peşəkar rəqqas olmaq arzusuna çatıb.

Andreyin çıxış etdiyi komanda hip-hop üzrə Avropa çempionatında ikinci yeri qazanıb.

Dünya Çempionatında isə onlar 90 komanda arasında 5-ci yeri tutub. Müsabiqədə Andrey eşitmə qabiliyyətini itirmiş yeganə iştirakçı olub.

Hazırda rəqqas master-klasslar verir, yeni layihələr üzərində işləyir. Andrey həmçinin çətin ailələrdə böyüyən uşaqlara rəqs dərsləri vermək istədiyini deyir.

Andreylə görüşən BBC qrupu musiqini eşitmədən rəqs etmənin çətinlikləri, onun aldığı təlim və gələcək planları ilə maraqlanıb.