Bakı: Yediyiniz qidanın təhlükəsizliyindən əminsinizmi?
Azad İstehlakçılar Birliyinin sədri gündəlik istifadə olunan bir çox qidanın sağlamlığa zərər vura biləcəyini deyir.
Ziyan məhsulların saxlanma yerindən, şəraitindən və ya tərkibindəki çatışmayan elementlərdən dəyə bilər.
Eyyub Hüseynov deyir ki, restoranların mətbəxi müştərilər üçün açıq və ya şəffaf olmalıdır.
Ayda 20 min müştəri yola saldığını deyən restoranın baş aşpazı qida məhsullarının keyfiyyətinə və işçi heyətin sağlamlığına xüsusi diqqət etdiklərini bildirir.
Bu ilin yanvarından yaradılan Qida Təhlükəsizliyi Agentliyi tarladan süfrəyədək qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirməyə başlayıb.
Agentlik tövsiyə edir ki, vətəndaşlar aldıqları məhsulların son istifadə müddətinə, qablaşdırmasında müəyyənləşdirilən saxlanma şəraitinə, yemək sifariş etdikləri restoranlarda gigiyenik norma və qaydalara əməl olunmasına diqqət yetirməlidirlər.
Videonu BBC Azərbaycanca əməkdaşları Cəmilə İbrahimova və Günel Səfərova hazırlayıblar.
Video açılmırsa, Youtube-da izləyin.
