İngiltərədə güləş: populyar olmayan idmanla kimlər məşğul olur?
Britaniya bir sıra idman növlərinin vətənidir. Futboldan savayı, burada kriket, boks, tennis, velosiped və digər idman növləri populyardır. Güləş onların arasında deyil...
Lakin bu o demək deyil ki, burada heç kim güləşlə məşğul olmur.
Hüseyin İngiltərəyə İrandan köçüb. O İran xalçaları satır, lakin həftədə bir neçə dəfə güləş klublarının birində həm məşq edir, həm də öz təcrübəsini bölüşür. Hüseyin bir sıra güləş turnirlərində mükafatlar qazanıb.
Vüsal Həmzəyev onunla güləşməyə cəhd edib.


