Stephen Hawking: məhdudiyyətləri qıran alim
Hərəkəti idarə edən sinir sisteminin zədələnməsindən (motoneyron xəstəliyi) əziyyət çəkən fizik 76 yaşında vəfat edib.
1963-cü ildə onda nadir sinir xəstəliyi aşkar olunub və ona çəmi 2 il ömrü qaldığı deyilib.
Lakin o bundan sonra 50 ildən də çox yaşayıb, onun işləri isə kosmologiyada yeni səhifə açıb.
