You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Həvəskar dağçı: "Qrupun tərkibində kifayət qədər təcrübəli dağçılar olduğundan, ümid edirik, salamatdırlar"
Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb.
Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.
BBC Azərbaycancanın müxbiri Günel Səfərovaya danışan həvəskar dağçı və bələdçi Toğrul Cəfərov dağçıların salamat olduğuna ümid etdiklərini bildirib.