Sinqapurda körpə flaminqo üçün mavi çəkmələr
Sinqapurun Jurong Quş Parkının işçiləri körpə flaminqonun ayaqlarını qorumaq üçün qeyri-adi vasitədən istifadə edib.
Əldə düzəldilmiş mavi çəkmələr, Squish adlı flaminqo ayaqlarını Günəşdən isinmiş döşəməyə basarkən onları qoruyur. Quş balası bu çəkmələrlə daha rahat yeriyir.