You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda referendum: 900-dən çox seçicini "üzdən tanıyan" komissiya müdiri
BBC Azərbaycanca müxbiri Günel Səfər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26 saylı məntəqəsində məntəqə müdirilə danışıb.
Cəbrayıl Şıxaliyevin sözlərinə görə, bu məntəqədə "bütün zəruri tədbirlərin hamısı görülüb".
O, burada qanun pozuntusu hallarının olmadığını deyir.
"Elə bir şey ola bilməz. Əslində neçə ildir burada məntəqə müdiriyəm, seçicilərin hamısını sifətdən tanıyıram".