You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
8 Mart Dünya Qadınlar Günü: bunları kişilərə deyərdinizmi?
- Müəllif, Eva Ontiveros
- Vəzifə, BBC Ümumdünya Xidməti
Bu sözləri kişilərə deməzdilər. İdmançı, nazir, yoqa təlimçisi, texnologiya sahəsi üzrə sahibkar, şirkət rəhbəri...
Bu qadınların hər biri öz sahəsinin qabaqcılıdır. Amma onlar da çox bəsit cinsi ayrı-seçkiliyə məruz qalıblar.
Kişi olsaydılar, bu cür sözlər eşitməyəcəkdilər.
Onlar yaşadıqlarını #IfIWasAMan ("Mən kişi olsaydım") həştəqiylə paylaşıblar.
Neema Kaseje
Cərrah - "Cərrahi Sistemlər" araşdırma qrupunun rəhbəri - Kenya/İsveçrə
"'Cərrahı gözləyirik dedilər. Onlara cərrahın mən olduğumu söyləmək məcburiyyətində qaldım".
Soledad Núñez
Paraqvayın keçmiş mənzil tikintisi naziri,siyasətçi və inşaat mühəndisi
"Sən balaca, ağ bir quzusan, siyasətdə nə işin var? Qurdlara yem olarsan".
"31 yaşında nazir təyin olunandan sonra mətbuata verdiyim ilk müsahibədə bu sözləri eşitdim".
Kendal Parmar
Londondakı "Untapped" adlı texnologiya şirkətinin qurucusu
"Beş uşağın var və texnologiya sektorundasan. Bu, cəsarət istər! Cəsarət sözü mənim axmaq və ya dayaz biri olduğuma işarəydimi?"
Susie Rodgers, MBE
İngilis paralimpiya üzgüçüsü
"Çox sual verən biriyəm, ona görə də mənimlə işləmək çətindir".
Maoi Arroyo
Sahibkar, Manila, Filippin
"Çox işgüzarsan. Belə görünür, ailə qurmaq fikrin yoxdur".
Lisa MacCallum
"Inspired Companies" şirkətinin qurucusu və "Nike" şirkətinin keçmiş rəhbəri, Avstraliya
"Şirkətimizi gözəllik yarışmasında təmsil edə bilərsənmi?"
Ayla Majid
Pakistanlı maliyyə eksperti, "Khalid Majid Rehman" şirkətində Maliyyə Məsləhətləri Xidmətinin müdiri
Bir televiziya müsahibəsində ona belə demişdilər: "Zəhmət olmasa, bir az da ekranda qalın? Reytinqimiz artır".
Karen Blackett, OBE
İngiltərədəki" MediaCom UK" və" WPP UK Country" şirkətlərinin rəhbəri
"Möhtəşəm bioqrafiyanız var, amma sanki uğurlarınız şirkətə yox, sizə təsir edib..."
Nino Zambakhidze
Kənd təsərrüfatı, ticarət və distribütor fəaliyyəti üzrə mütəxəssis, Gürcüstan Biznes Bölgəsi və Fermerlər Birliyinin qurucusu
"Gözəlliyiniz beyninizdə yatır" və ya "Hamı kimi deyilsiniz, qeyri-standart tipiniz var".
Belinda Parmar, OBE
Texnologiya sahəsi üzrə sahibkar, " The Empathy Business" şirkətinin qurucusu
"Bəzən Belindanın özünə inamı normadan çox olur". Hər hansı kişinin buna görə tənqid edildiyini heç görmədim".
Husna Lawson
Administrativ işlər üzrə məsləhətçi və informasiya təhlükəsizliyi üzrə ekspert. Banqladeş
"O-o, sən kiber-təhlükəsizlik konsepsiyasını çox yaxşı qavramısan!"
"Kriptoqrafiya üzrə təhsil aldığını unutmuşdum". Başqa bir dəfə də "Əməkdaşlıqlara çox önəm verirsiniz. Effektli olmaq üçün daha çox israr etməlisiniz".
Andrea Cooper
Strategiya meneceri və yoga təlimçisi, İngiltərə
"Kişilərin qadınları "təbii fəlakət" hesab etmələrinə çox təəccüblənirəm. Bir dəfə bir kişidən başqa bir kişi haqqında belə deyib-demədiyini soruşdum, "Eee, xatırlamıram, yox" dedi".