Azərbaycanda Xocalı qırğını anılıb

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının hücumu nəticəsində yüzlərlə qadın, kişi, uşaq öldürülüb, mindən çox adam əsir düşüb, 150 adamdan indiyə kimi xəbər yoxdur.

Canlı reportaj

  1. Bu canlı reportajımız sona çatdı. Saytımızda digər xəbər və reportajları izləyə bilərsiniz.

  2. Xocalıda əsir düşmüş Baloğlan Allahyarov: "Körpə uşağı süngüyə vurub qaldırdılar göyə, çabalaya-çabalaya öldü"

    Xocalıda əsir düşmüş Baloğlan Allahyarov: "Körpə uşağı süngüyə vurub qaldırdılar göyə, çabalaya-çabalaya öldü"

    Baloğlan Allahyarov Xocalıda baş verən qırğının canlı şahidi olub.

    Onun özü əsir düşüb, həyat yoldaşı, oğlu və gəlini isə öldürülüb.

    İllər keçsə də o, heç nəyi unuda bilmir:

    "Bizi əsir tutanda adamlara işgəncə verirdilər. Bir qızı tutdular, bıçaqla kəsdilər, dedilər sizə belə işgəncə verəcəyik. Körpə uşağı süngüyə vurub qaldırdılar göyə, çabalaya-çabalaya öldü".

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  3. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Xocalı qırğını barədə danışıb

    Kestutis Jankauskas

    Şəklin mənbəyi, Azərtac

    Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas Xocalı qırğını ilə bağlı başsağlığı verib.

    "29 il əvvəl Xocalıda ailələrini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız barışıq və davamlı sülh naminə hər zaman birgə işləməliyik ki, belə faciələr bir də heç vaxt təkrarlanmasın", - Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Facebook hesabından bildirib.

  4. Mevlüt Çavuşoğlu: "Bəşəriyyətə qarşı törədilən bu cinayəti unutmamışıq və unutmayacağıq!"

    Mevlüt Çavuşoğlu

    Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Xocalı qırğınının "unudulmayacağını" deyib.

    "29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Bəşəriyyətə qarşı törədilən bu cinayəti unutmamışıq və unutmayacağıq!", - o, Twitter hesabından yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  5. Recep Tayyip Erdoğan Xocalı qırğını ilə bağlı Azərbaycana başsağlığı verib

    Erdoğan

    Şəklin mənbəyi, EPA

    Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Xocalı qırğını ilə bağlı Azərbaycana başsağlığı verib.

    "29 il öncə Xocalıda vəhşicəsinə qətl edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm”, - o Twitter hesabından yazıb.

    “İllər keçsə də acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlıya fərq qoyulmadan amansızcasına qətlə yetirilən 613 azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Bir millət, iki dövlətik... Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”, - Erdoğan qeyd edib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  6. Xocalı qırğı haqqında tarixi FOTOLAR, Xocalı qırğınından sonra çəkilmiş şəkillər hadisənin miqyasını və nəticələrini göstərir.

    Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin işçiləri Xocalıda həlak olanların meyitlərini Ağdamdakı morqa daşıyır. Fevral, 1992.

    Şəklin mənbəyi, Reza/Getty Images

    Şəklin alt yazısı, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin işçiləri Xocalıda həlak olanların meyitlərini Ağdamdakı morqa daşıyır. Fevral, 1992.
    Xocalı qırğınının ardından qadınların fəryadı. Fevral, 1992

    Şəklin mənbəyi, Georges DeKeerle/Sygma via Getty Images

    Şəklin alt yazısı, Xocalı qırğınının ardından qadınların fəryadı. Fevral, 1992
    Qadın gənc oğlu ilə birlikdə morqda Xocalıda həlak olmuş həyat yoldaşının meyitini tapır. Fevral, 1992

    Şəklin mənbəyi, Reza/Getty Images

    Şəklin alt yazısı, Qadın gənc oğlu ilə birlikdə morqda Xocalıda həlak olmuş həyat yoldaşının meyitini tapır. Fevral, 1992
    Morqda Xocalıda həlak olmuş qohumunun meyitini təhvil almaq üçün gözləyən adam. Fevral, 1992

    Şəklin mənbəyi, Reza/Getty Images

    Şəklin alt yazısı, Morqda Xocalıda həlak olmuş qohumunun meyitini təhvil almaq üçün gözləyən adam. Fevral, 1992
    Ailə üzvləri Xocalıda həlak olmuş yaxınlarının dəfninə hazırlaşır. Fevral, 1992

    Şəklin mənbəyi, Reza/Getty Images

    Şəklin alt yazısı, Ailə üzvləri Xocalıda həlak olmuş yaxınlarının dəfninə hazırlaşır. Fevral, 1992
    Qadın Xocalıda həlak olanların meyitlərinin yerləşdirildiyi müvəqqəti morqda cəsədlər arasında öz qohumunu tanıyır. Fevral, 1992

    Şəklin mənbəyi, Reza/Getty Images

    Şəklin alt yazısı, Qadın Xocalıda həlak olanların meyitlərinin yerləşdirildiyi müvəqqəti morqda cəsədlər arasında öz qohumunu tanıyır. Fevral, 1992
    Xocalı qırğınından sonra dəfn mərasimi. Fevral, 1992

    Şəklin mənbəyi, Georges DeKeerle/Sygma/Getty Images

    Şəklin alt yazısı, Xocalı qırğınından sonra dəfn mərasimi. Fevral, 1992
  7. Azərbaycan XİN Xocalıya görə məsuliyyət daşıyanların "məhkəmə qarşısına çıxarılmasını" istəyir

    Azərbaycan Xarici İşlər Nazirliyi

    Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi

    Azərbaycan Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

    Bəyanatda deyilir ki, qurum milli səviyyədə və beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin "Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcəyinə" inanır.

    Nazirliyin məlumatında qeyd olunur ki, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilənlər də daxil olmaqla, silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər "beynəlxalq cinayət əməlləri" hesab olunur.

    "Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar. Lakin bu günədək, Ermənistanda Xocalı faciəsi və digər bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayət əməllərinin törədilməsində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib", - məlumatda deyilir.

  8. İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib

    İlham Əliyev Mehriban Əliyeva

    Şəklin mənbəyi, Report.az

    Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

  9. Xocalı qırğınından 29 il ötür

    Xocalı

    Şəklin mənbəyi, TOFIK BABAYEV/AFP/Getty Images

    Bu gün Azərbaycanda 29 il əvvəl Xocalıda törədilmiş kütləvi qırğının qurbanları anılır.

    1992-ci ildə, Qarabağ müharibəsinin başlanmasının ilk illərində erməni silahlıları Xankəndi (Stepanakert) yaxınlığında yerləşən Xocalıda yaşayan sakinləri evlərindən çıxmağa məcbur ediblər.

    Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının iştirakı ilə erməni silahlıları tərəfindən yüzlərlə qadın, kişi, uşaq öldürülüb, mindən çox adam əsir düşüb, yüzdən çox adamdan indiyə kimi xəbər yoxdur.

    Tarixi mənbələrə görə, Xocalı faciəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.

    Azərbaycan Xocalı faciəsini "soyqırım" kimi tanıyıb və digər ölkələrin də bunu qəbul etməsinə çalışır.

    Faciənin anım mərasimi hər il ölkəboyu qeyd olunur.