Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Moskvada Azərbaycan Səfirliyində Gəncədə həlak olanların xatirəsi yad edilib.

    İnsanlar onların xatirəsini yad etmək üçün çiçəklər və oyuncaqlar gətirib.

    Oktyabrın 17-ə keçən gecə Ermənistan Silah Qüvvələri tərəfindən Gəncəyə edilən raket hücumu nəticəsində 13 nəfər həlak olub, 53 nəfər yaralanıb.

    Moskva, Gəncə

    Şəklin mənbəyi, Getty Images

    gəncə, moskva, xatirə

    Şəklin mənbəyi, Getty Images

    gəncə, xatirə, moskva

    Şəklin mənbəyi, Getty Images

    moskva, gəncə, qurbanlar,

    Şəklin mənbəyi, Getty Images

  2. Ombudsman erməni hərbi əsirlərə baş çəkib

    Bazar günü Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən hərbi əməliyyatlarda iştirak etmiş və yaralı olaraq əsir götürülən üç nəfərlə görüşüb.

    Ombudsman ofisinin məlumatına görə, onlar "ailələri ilə telefon danışıqlarına şərait yaradılmasından, onlarla rəftardan, saxlanma şəraitindən, tibbi xidmətdən və qidalanmadan razılıq ediblər."

    Məlumatda bildirilib ki, onlar “əvvəlcədən belə humanist münasibəti gözləmədiklərini deyiblər”.

    “Başçəkmə zamanı hərbi əsirlər Ombudsman tərəfindən fərdi qaydada qəbul olunub, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub”, - ombusman ofisinin yaydığı məlumatda deyilib.

    Xəbərə görə, başçəkmə zamanı döyüşdə yaralanmış hərbi əsirlər Mili Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə olunub, Cenevrə Konvensiyalarının müddəalarına tam riayət edildiyi müşahidə olunub, Ombudsman aparatı qeyd edib.

    Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov da həmin əsirlərlə görüşüb, qurum bildirib.

    Komissiya həmçinin əsirlərin adlarını və fotolarını paylaşıb.

  3. Ermənistan daha 37 əsgərinin həlak olduğunu açıqlayıb

    Ermənistan günün ikinci yarısında, daha 37 həlak olmuş hərbçisinin adını açıqlayıb. Onlardan iyirmisinin 18-20-dir.

    İndiyədək öldürülən əsgərlərin ümumi sayı 710 nəfərdir, Ermənistan tərəfi bildirib.

  4. Josep Borrell: "Münaqişənin həlli üçün danışıqların davam etdirilməsi zəruridir"

    Cozef Borel

    Şəklin mənbəyi, Xarici İşlər Nazirliyi

    Bu gün Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell ilə telefonla danışıb.

    Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nazir Josep Borrell-ə Ermənistanın humanitar atəşkəs rejiminə əməl etmədiyini deyib.

    Ceyhun Bayramov deyib ki, "Ermənistanın beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa dair öhdəliklərinə riayət etmir".

    Məlumata görə, ali nümayəndə Josep Borrell "mülki insanları və mülki obyektləri hədəf almağın qəbuledilməz olduğunu vurğulayıb".

    Josep Borrell deyib ki, münaqişənin həlli üçün danışıqların davam etdirilməsi zəruridir.

  5. Recep Tayyip Erdoğan Minsk Qrupu həmsədrlərini tənqid edib, Türkiyə Parlament sədri Azərbaycanı təbrik edib

    Türkiyənin Şırnak şəhərində AK partiyanın toplantısında çıxış edən prezident Recep Tayyip Erdoğan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin - Rusiya, Fransa və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini 30 ilə yaxın müddət ərzində həll etmədiklərini qeyd edib.

    Türkiyə Prezidenti deyib ki, Azərbaycan işğal olunmuş ərazilərinin ermənilərdən azad olunması uğrunda mübariz aparır.

    “Bundan daha təbii nə ola bilər? – Erdoğan sual edib. - Amerika, Rusiya, Fransa 30 il müddətində bu danışıqları bitirməyiblər və bizim azərbaycanlı qardaşlarımızın torpaqlarını özlərinə qaytarmayıblar. İndi isə azərbaycanlı qardaşlarımız işğal edilmiş bu torpaqları azad etmək uğrunda mübarizə aparırlar. Qoy Rəbbim onların yardımçısı olsun”.

    Bundan başqa, bazar günü Azərbaycana səfərə gəlmiş Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycanın Müstəqillik günü bayramı ilə əlaqədar Türkiyə parlamenti və 83 milyonluq Türkiyə xalqı adından təbrik edərək “bu torpaqlarda Azərbaycan bayrağının əbədi dalğalanmasını” arzulayıb və bunun üçün Türkiyə xalqının “dua etdiyini” bildirib.

  6. Təbrizdə etiraz aksiyası: İran və Ermənistan arasında Norduz sərhəd məntəqəsinin bağlanması tələb olunub

    Təbrizdə etnik azərbaycanlılar İran və Ermənistan arasında Norduz sərhəd məntəqəsinin bağlanması tələbilə etiraz aksiyası keçiriblər.

    Twitter-də jurnalist Taha Kermani yazıb ki, "bu gün Təbriz şəhərində İranın Qarabağ siyasətinə etiraz edən aksiyalar çox çətin şəraitdə baş tutub. Bir neçə saat əvvəl etirazçılar polis tərəfindən saxlanılıb. Polis ciddi təhlükəsizlik tədbirləri görüb. Aksiyalar başlayan kimi polis sərt şəkildə müdaxilə edib".

    O bildirir ki, ən azı 3 şəhərdə - Təbriz, Məşginşəhr və Parsabadda həbs edilənlər olub. Bundan başqa etiraz aksiyaları başlamadan saxlanılanlar olub.

    Yayılan videolarda İran polisinin etirazçılara plastik güllələrlə müdaxilə etdiyi bildirilib.

    Etirazlarda “Norduz gərək bağlana” şüarları işlədilib, sakinlər həmrəyliyə səslənib.

    Şüarlardan biri belə olub:

    “Gəl qardaşım meydana, silah gedir Yerəvana

    Azərbaycan yan-yana, Norduz gərək bağlana”.

    Taha Kermani deyir ki, etiraz Təbrizin mərkəzi küçələri və tarixi Bazar ətrafında başlayıb və sonra ətraf məhəllələrə keçib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

    Son günlərdə sosial şəbəkələrdə İrandan Ermənistana silah göndərilməsilə bağlı məlumatlar və buna aid olduğu deyilən videolar yayılıb.

    İranın Azərbaycandakı səfirliyi sentyabrın əvvəlində İranın Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri təkzib edib

    Azərbaycan Prezidenti İlham Əliyev bu həftə müsahibələrinin birində deyib ki, "İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik."

  7. İşğaldan azad olunmuş Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb

    Füzuli

    Şəklin mənbəyi, Müdafiə Nazirliyi

    Şəklin alt yazısı, Füzuli şəhərində Azərbaycan bayrağının qaldırılması

    Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli şəhərində Azərbaycan bayrağının qaldırılmasının videosunu yayımlayıb.

    Video kadrlarda dağıdılmış evlər, qəbirstanlıq, üzərində azərbaycanlı ad-soyadı olan qəbir daşları, Ermənistan ordusu tərəfindən tərk edilmiş hərbi hissə və binalar təsvir olunub.

  8. Ermənistan Aİ-nin Gəncə ilə bağlı bəyanatından "narazıdır"

    Ermənistan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Gəncəyə raket zərbəsi ilə bağlı bəyanatından narazılığını bildirib.

    Avropa İttifaqının xarici siyasət idarəsinin mətbuat katibi bundan əvvəl yaydığı bəyanatında Gəncənin zərbələrə məruz qalmasını pisləyərək tərəfləri mülki əhaliyə qarşı zərbə endirilməsinə son qoymağa çağırmışdı.

    Ermənistan xarici işlər nazirliyi bu açıqlamanı "birtərəfli, qərəzli və selektiv" adlandırıb.

    "Avropa İttifaqı bu günə qədər Türkiyənin birbaşa iştirakı ilə Azərbaycanın törətdiyi hərbi cinayətlərin aşkar təzahürlərinə aydın və açıq reaksiya verə bilməyib," - Ermənistan XİN-i bildirib.

    Son rəsmi məlumatlara görə, şənbə gününə keçən gecə Ermənistan Silah Qüvvələri tərəfindən Gəncəyə edilən raket hücumu nəticəsində 13 nəfər həlak olub, 53 nəfər yaralanıb.

    Həm Türkiyə, həm də Azərbaycan rəsmiləri dəfələrlə Türkiyənin döyüşlərdə iştirak etmədiyini bildirib.

  9. Ermənistan tərəfinin döyüş texnikası və silah-sursatı ələ keçirilib, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

    Qurum bildirib ki, bu, Füzuli istiqamətində gedən döyüşlərdə mümkün olub.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  10. Təcili xəbər, Cəbhə xəttindən 200 km uzaqlıqda yerləşən Xızıya raket atılıb - ANAMA

    Xızı

    Şəklin mənbəyi, APA

    Şəklin alt yazısı, Xızıya raket atıldığı bildirilib

    Bu gün Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirib.

    ANAMA-nın məlumatına görə, raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

    Agentlik bildirib ki, əraziyə düşən mərminin "S-300" raketinin qalıqları olduğu ehtimal edilir.

    Xəbərdə bildirilib ki, raketin qalıqları əkin sahəsinə düşüb.

    Xızı cəbhə xəttindən 200 kilometrdən çox uzaqda yerləşir.

    İndiyə kimi cəbhədən uzaqda yerləşən Gəncə, Mingəçevir, Ağcəbədi, Bərdə kimi Azərbaycan əraziləri Ermənistan Silahlı qüvvələri tərəfindən rəaket atəşinə tutulub.

  11. Təcili xəbər, Xudafərin körpüsü önündən video

    Prezident İlham Əliyevin Twitter səhifəsində Xudafərin körpüsündən video paylaşılıb.

    Videoda bir hərbçi deyir ki, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Xudafərin körpüsü və ərazisi işğaldan azad edilib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  12. Təcili xəbər, İlham Əliyev: Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılıb

    Azərbaycan Prezidenti İlham Əliyev Twitter səhifəsində yazıb ki, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

    Bundan əvvəl İran ərazisində yaşayan azərbaycanlılar öz sosial media hesablarında Azərbaycan əsgərlərinin Xüdafərin körpüsünü nəzarətə götürməsi ilə bağlı görüntüləri paylaşıblar.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  13. DTX: "Füzulidən azad edilmiş əsir barədə məlumatlar həqiqətəuyğun deyil"

    "Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə tapılması barədə yayılmış məlumatlar həqiqətəuyğun deyil", bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Rəsmi qurum insanları "bu cür həssas məsələlərlə bağlı yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə və dəqiqləşdirilməmiş informasiya yaymamağa" çağırıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  14. Təcili xəbər, "Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır"

    Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Məlumatda deyilir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

    Bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunub, DTX açıqlayıb.

    Ermənistan tərəfi bu səhər iddia etmişdi ki, "Qırmızı Xaçın vasitəçiliyi ilə yaralı əsgərlərin döyüş meydanından götürülməsinə təklifinə Bakı razılıq verməyib".

    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan sosial mediada yazmışdı.

  15. "Azərbaycan əsgəri erməni xüsusi təyinatlılarının mövqelərini ələ keçirib" - Müdafiə Nazirliyi bildirir

    Azərbaycanın Müdafiə Nazirliyi "Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunan" video paylaşıb.

    "Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərlərinin irəliləməsi aydın görünür", qurumun məlumatında deyilir.

    Görüntülərin hansı ərazidə çəkilməsi barədə məlumat verilməyib.

    Paylaşımını ötürün YouTube
    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  16. "Dağıntılar altından xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb", FHN Gəncədə axtarış-xilasetmə işlərinin yekunlaşdırıldığını bildirib.

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, Gəncədə "aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb".

    Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutması nəticəsində vurulmuş evlər tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb, FHN qeyd edib.

    Dağıntılar altından, ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

  17. "Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq sıradan çıxarılıb", - Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir.

    Ermənistan tərəfinin bu barədə şərhi məlum deyil.

  18. ANAMA "cəbhəboyu ərazilərə düşən mərmiləri zərərsizləşdirib"

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) "cəbhəboyu ərazilərə düşən mərmiləri zərərsizləşdirib", bu barədə qurumun yaydığı məlumatda bildirilir.

    ANAMA "Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Samux, Şəmkir rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 40 müraciət daxil olduğunu" açıqlayıb.

    "Daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Qaraxanlı, Cəfərbəyli, Kürdlər, Afşar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Şahvəlilər, Məmmədli, Nazarlı kəndləri, Füzuli rayonunun Alıxanlı kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Samux rayonunun Lək kəndi, Şəmkir rayonunun “Mayıs” bağı adlanan ərazisində və Gəncə şəhərinin ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib", qurum bildirib.

    Məlumata görə, "aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd dron, 1 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub".

    "Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd bombacıq, 1 ədəd dron zərərsizləşdirilib, 1 ədəd dron isə işarələnib və növbəti iş günü partlayış yolu ilə zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib", ANAMA bildirir.

  19. Azərbaycan Ermənistan Qarabağ savaş münaqişə müharibə

    Şəklin mənbəyi, Azərbaycan Xarici İşlər Nazirliyi

    "İkinci dəfə elan olunmasından sonra Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir", Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

    Azərbaycan XİN bunu "həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyi" kimi dəyərləndirib.

    Xarici İşlər Nazirliyi açıqlamasında "atəşkəsin dövlət sərhədində də pozulmasına da" toxunaraq, "Azərbaycanın humanitar atəşkəsə sadiq olduğunu, lakin öz mülki əhalisini və mövqelərini müdafiə etmək üçün cavab tədbirləri görmək hüququnu özündə saxladığını" açıqlayıb.

  20. Ermənistanda ölən əsgərlərin sayı "673-ə çatıb"

    "Ermənistan öldürülən əsgərlərinin siyahısına 40 ad əlavə edib", BBC News Rusca yazır.

    "Bazar günü erməni hərbçiləri daha 40 ad əlavə edərək öldürülən əsgərlərinin siyahısını təzələyiblər. Bundan sonra siyahının əhatə etdiyi ölən əsgərlərin sayı 673 nəfərə çatıb", xəbərdə deyilir.

    Azərbaycan Müdafiə Nazirliyi öz döyüş itkilərini açıqlamır.