Cəbhə bölgəsində döyüşlər - bazar günü nə baş verdi?

Azərbaycan Müdafiə Nazirliyi bazar günü səhər saatlarında bildirib ki, Ermənistan Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutub və Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini müdafiə etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Canlı reportaj

  1. "Türkiyə cəlb olunur, Rusiya izləyir": Dünya mediası Qarabağda döyüşlər barədə nə yazır?

  2. Bu səhifədə 27 sentyabrda cəbhədə döyüşlər barədə xəbərlər canlı verilirdi. Canlı reportajımız indi dayansa da, döyüşlər barədə xəbər və reportajlar üçün saytımızı oxuya bilərsiniz.

  3. ABŞ Dövlət Departamenti döyüşləri təcili dayandırmağa çağırıb

    ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda şiddəti pisləyərək, tərəfləri zorakılığı dayandırmaq və silahlı ritorikadan çəkinməyə çağırıb.

    ABŞ Dövlət Departamentinin nümayəndələri hər iki ölkənin liderləri ilə əlaqə saxlayaraq onlara döyüşləri təcili olaraq dayandırmağa və danışıqları mövcud kanallar vasitəsilə tənzimləməyə çağırıblar, məlumatda deyilir.

    Bundan əvvəl BMT Baş katibi António Guterres də toqquşmaları dayandırmağa çağırıb.

  4. Tanınmamış “DQR prezidenti” Araik Arutunyan bir sıra mövqelərin itirildiyini açıqlayıb.

    “Azərbaycan qüvvələri Talış kəndi istiqamətində irəliləyərək cənubdakı bir sıra mövqeləri ələ keçirib”, o, keçirdiyi mətbuat konfransında deyib.

    O həmçinin deyib ki, "müharibəni gözləmək baxımından bizə çox şey lazım deyildi: sadəcə Türkiyə və Azərbaycanın xarici siyasətini və liderlərinin son aylardakı açıqlamalarını izləmək. Bizə hər şey aydın idi – bəli, biz müharibəni gözləyirdik”.

    Azərbaycan Müdafiə Nazirliyi bazar günü bir neçə kəndin azad edildiyini və strateji mövqelərin nəzarətə götürüldüyünü açıqlayıb.

  5. Hər iki tərəfdən yaralıların fotoları paylaşılıb

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitterdə döyüşlər nəticəsində zərər çəkmiş evin və yaralı kişinin fotosunu paylaşıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

    Bir müddət sonra Ermənistanlı siyasətçi Artak Beglaryan Facebook səhifəsində Qarabağda yaralanmış sakinlərin fotosunu paylaşıb.

  6. Tərtərdə əhali əsgərləri Azərbaycan və Türkiyə bayraqları ilə salamlayıb, Anadolu agentliyi bildirib.

    tərtər, döyüş, əhali, əsgərlər, qarabağ

    Şəklin mənbəyi, Anadolu agentliyi\Getty İmages

    Bu görüntü də Bakıda çəkilib. Əhalinin toplaşaraq əsgərləri salamladığı qeyd olunur.

    Bakı, əsgərlər salamlayırlar

    Şəklin mənbəyi, Getty Images

  7. "Qarabağda eskalasiya böyük riskdir" - Thomas de Waal

    "Qarabağda eskalasiya böyük riskdir və Azərbaycan rəhbərliyi hədəflərə danışıqların nəticəsində çatmağın ümidsiz olduğu üçün buna gedə bilərdi, Carnegie Mərkəzinin baş elmi işçisi Thomas de Waal BBC News Ruscaya bildirib.

    "Əgər Azərbaycan lokal reallıqları dəyişdirmək istəyirsə, o zaman bunu dağlıq ərazini nəzərə almaqla qışın başlamasından əvvəl etməlidirlər. Və mən düşünürəm ki, onlar beynəlxalq konteksti də nəzərə alırlar", o deyib.

    Beynəlxalq kontekst deyərkən mütəxəssis Azərbaycana hərbi yardım göstərmək hazırlığından bəhs edən Türkiyənin yeni rolunu qeyd edir. O həmçinin qeyd edir ki, Trump administrasiyası Azərbaycana kifayət qədər dost mövqedədir və ABŞ-da prezident seçkilərinə bir ay qaldığını nəzərə alaraq ola bilsin ki, Qarabağ münaqişəsinə müdaxilə etməsinlər. Ancaq Biden rəhbərliyi qalib gələrsə, Bakını daha az dəstəkləyə bilər, deyə Tom De Waal bildirib.

    Cənab De Waala görə, eskalasiya qərarı Ermənistanla danışıqlarda yaranmış çıxılmaz vəziyyət və yeni lider Nikol Paşinyanın Azərbaycan üçün məqbul şərtlərlə ciddi danışıqlardan imtina etməsi nəticəsində ortaya çıxmış ola bilər.

    “Müharibə -sülh əldə etmək üçün yaxşı yol deyil”,o deyib.

  8. "Xankəndində əhali gecəni zirzəmidə keçirəcək"

    Xankəndində (Stepanakert) əhali gecəni zirzəmilərdə keçirəcək, Ermənistan mediası bildirir.

    Həmçinin deyilir ki, döyüş nəticəsində burada bəzi yerlərdə qaz və işıq sıradan çıxıb, bəzi yerlərdə isə təhlükəsizlik baxımından kəsilib.

    Azərbaycanın rayon xəstəxanalarına onlarla ölü və yaralı gətirilməsinə dair məlumatlar var, ancaq bu barədə hələ ki, heç bir rəsmi informasiya verilmir.

  9. Azərbaycan Müdafiə Nazirliyi video paylaşıb

    silah anbarı, qarabağ, azərbaycan, ermənistan

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi/YouTube

    Azərbaycan Müdafiə Nazirliyinin paylaşdığı videoda "Ermənistan ordusuna məxsus silah-sursat anbarının məhv edildiyi" deyilir.

  10. Ermənistan Ağdərə yolu ilə bağlı məlumatı təkzib edir

    Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Vardenis-Mardakert (Ağdərə) yolunun Azərbaycan ordusunun nəzarətində olduğuna məlumatı təkzib edir.

    Nazirliyin mətbuat katibi Şuşan Stepanyanın Facebook səhifəsində qeydinə görə, bu məlumat "həqiqətə uyğun deyil".

    Bundan əvvəl Azərtac agentliyi Müdafiə Nazirliyinə istinadən yazıb ki, “əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb".

  11. İran: "İndi regionumuzun sülhə ehtiyacı var"

    İran hərbi əməliyyatların dərhal dayandırılmasına və fikir ayrılıqlarını həll etmək üçün dialoqa çağırıb, bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif Twitter-də bildirib.

    "Qonşularımız bizim prioritetimizdir və danışıqlara imkan yaratmaq üçün yaxşı şərait təmin etməyə hazırıq. Regionumuzun indi sülhə ehtiyacı var."

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  12. Nikol Paşinyan Putinlə danışıb

    Ermənistan tərəfinin təşəbbüsü ilə Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıblar, Kremlin.ru saytında dərc olunub.

    “Müzakirə mövzusu Dağlıq Qarabağ bölgəsində vəziyyətin kəskin gərginləşməsi olub. Rusiya tərəfi genişmiqyaslı döyüşlərin yenidən başlanması ilə bağlı ciddi narahat olduğunu bildirib”, - məlumatda deyilir.

    Qeyd olunub ki, “indi qarşıdurmanın daha da gərginləşməsi və başlıcası – hərbi əməliyyatların dayandırılması üçün bütün lazımi səylərin görülməsi vacibdir”.

  13. Azərbaycan: Bir ailənin 5 üzvü həlak olub, 19 mülki yaralı var

    Azərbaycan və Ermənistan arasında gedən döyüşlər zamanı bir ailənin beş üzvü həlak olub, Baş Prokurorluq bildirib.

    “Dərin kədər hissi ilə bildiririk ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonunun Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun ailəsinin dörd üzvü həlak olub”, məlumatda deyilir.

    Məsələ ilə bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi qəsdən öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə, təcavüzkar müharibəni aparma və digər maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq bildirib.

    cəbhə, ermənistan, azərbaycan, qarabağ, atışma, atəş

    Şəklin mənbəyi, Anadolu agentliyi/Getty Images

    Şəklin alt yazısı, Baş Prokurorluq cəbhə xəttində döyüşlərin başlamasından sonra mülki əhalidən 19 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirildiyini qeyd edib.
  14. Azərbaycan və Türkiyə nazirləri vəziyyəti müzakirə ediblər, Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb

    Məlumatda deyilir ki, nazir Ceyhun Bayramov "cavab həmlələri barədə Türkiyəli həmkarını məlumatlandırıb" və "Türkiyənin hər zaman olduğu kimi bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib".

    "Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının zəruri olduğu vurğulanıb", XİN-in məlumatında deyilir.

    Mevlüt Çavuşoğlu-nun Türkiyənin hər zaman "Azərbaycanın" yanında olduğunu vurğulayıb

  15. Nikol Paşinyan dünya birliyini Türkiyənin “qabağını almağa çağırıb”

    Ermənistan Baş naziri Nikol Paşinyan döyüşlərlə bağlı Ermənstan xalqına müraciətində dünya birliyini Türkiyənin “qabağını almağa çağırıb”.

    Daha əvvəl Türkiyə rəhbərliyi bugünkü hadisələrlə bağlı Azərbaycanın tərəfini tutduğunu bəyan edib.

    “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və beynəlxalq ictimaiyyəti vəziyyətin ciddiliyinə diqqət yetirməyə çağırıram. Cənubi Qafqazda, hazırda bizim son həddinə çatdığımız genişmiqyaslı müharibənin alovlanması ən proqnozlaşdırılmaz nəticələrə gətirə bilər. Bu müharibə regionun hüdudlarından kənara çıxa və, beynəlxalq sabitlik və təhlükəsizliyə təhdid olaraq, daha böyük miqyas ala bilər. Beynəlxalq ictimaiyyəti bütün təsir imkanlarından istifadə edərək, Türkiyəni, vəziyyəti son dərəcə sabitsizləşdirə bilən, hər hansı mümkün şəkildə müdaxilədən saxlamağa çağırıram”, - o deyib.

    Paşinyan bəyan edib ki, “Türkiyənin son dərəcə təhlükəli təcavüzkarlığı, xüsusilə Tavuş iyul döyüşlərində təzahürünü tapıb və bu günədək davam edir”.

    “Türkiyənin bu tərzdə davranış modelinin qorunub saxlanması Cənubi Qafqaz və qonşu regionlar üçün ən dağıdıcı nəticələrə gətirə bilər. Beynəlxalq ictimaiyyət birgə səylərlə hadisələrin təhlükəli inkişafının qarşısını almalı və regionu hər cür sabitsizləşdirmək cəhdlərindən qorumalıdır”, - Paşinyan deyib.

    Hazırda Ermənistan parlamentində döyüşlərlə bağlı yaranmış vəziyyət müzakirə olunur.

  16. NATO: “Bu münaqişənin hərbi həlli yoxdur”

    nato

    Şəklin mənbəyi, Nato

    Tərəflər artıq mülki itkilərə səbəb olan hərbi əməliyyatları dərhal dayandırmalıdır, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi James Appathurai bəyanat verib.

    “Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, cənab Appathurai bildirib.

    Bəyanatda “NATO-nun Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi döyüş əməliyyatları barədə xəbərlərdən çox narahat” olması da vurğulanıb.

    cəbhə bölgəsi, döyüş, ermənistan, azərbaycan

    Şəklin mənbəyi, Anadolu Agentliyi/Getty Images

    Şəklin alt yazısı, Anadolu agentliyi atəşkəsin pozulmasından sonra bu fotoları yayımlayıb
  17. Ermənistan öz itkisi barədə: "16 hərbçi həlak olub, 100-dən çox yaralı var"

    “İlkin məlumatlara görə, 27 sentyabr səhər başlanan döyüşlər nəticəsində Qarabağ ordusunun 16 hərbçisi həlak olub, 100-dən çoxu yaralanıb”, - tanınmamış "DQR müdafiə nazirinin müavini" Artur Sarkisyana istinadən Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.

  18. Təcili xəbər, Komendant saatının qaydaları nədir?, Sənədsiz küçəyə çıxmaq qadağan olunur

    Sentyabrın 28-dən gecə saat 00-00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilir.

    Bununla bağlı prezident İlham Əliyev fərman verib.

    Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

    Şəxslərin xüsusi icazə və ya şəxsiyyəti təsdiq edən sənədlər olmadan küçəyə çıxması qadağandır.

    Prezident köməkçisi Hikmət Hacıyev bildirib ki, elan edilmiş hərbi vəziyyətə uyğun olaraq, bəzi hüquqlar məhdudlaşdırılacaq.

    İcazələrin alınması Asan Xidmət və Daxili İşlər Nazirliyi vasitəsi ilə həyata keçiriləcək.

    Həmçinin nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi tədbirlərin görülməsi qərara alınıb.

    Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya və qanunlara uyğun qaydada tətbiq ediləcək, Azertag yazır.

    Daxili İşlər Nazirliyinə müvafiq tədbirlər görmək tapşırılıb.

  19. Təcili xəbər, Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub - media yazır

    Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub, yerli media Azərbaycan Müdafiə Nazirliyinə istinadən yazır.

    Dövlət agentliyi media yazır ki, Müdafiə Nazirliyi “əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürüldüyünü” bildirib.

    “Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir”, Nazirlik bildirib.

  20. Yunanıstan tərəfləri "təmkinli olmağa çağırır"

    Yunanıstan Dağlıq Qarabağ regionunda gərginliyin artmasını xüsusi həyəcanla izləyir və münaqişə tərəflərini təmkinli olmağa çağırır, bu barədə bazar günü Yunanıstanın xarici siyasət idarəsinin yaydığı bəyanatda deyilir.

    "Biz Dağlıq Qarabağ regionunda mülki əhali arasında da qurbanlara gətirmiş gərginliyin artmasını xüsusi narahatlıqla izləyirik. Biz bütün tərəfləri təmkinli olmağa, döyüş əməliyyatlarını dərhal dayandırmağa və Minsk qrupu çərçivəsində danışıqlar masasına qayıtmağa çağırırıq", - məlumatda deyilir.

    XİN-in bildirdiyinə görə, "mübahisələrin beynəlxalq hüquqa uyğun sülh yolu ilə həlli regional təhlükəsizlik və sabitliyə aparan yeganə yoldur".

    "Biz gözləyirik ki, tərəflərin, eləcə də üçüncü tərəflərin bütün hərəkətləri və bəyanatları gərginliyi qızışdırmaqdan qaçaraq bu məntiqə uyğun olacaq," - nazirlik vurğulayıb.