Moody's Britaniyanın reytinqini "mənfi"yə dəyişdirib

Şəklin mənbəyi, Getty
İqtisadi dəyərləndirmələr üzrə Moody's agentliyi Britaniyanın kredit reytinqini “mənfi”yə dəyişdirib.
Agentlik bildirir ki, Aİ-dən çıxmağa səs vermiş Britaniya yüksək risk zonasına daxil olub.
Məlumata əsasən ölkəni bir neçə il ərzində investisiyaların azalması gözləyə bilər.
Standard & Poor’s agentliyi Brexit barədə qərardan sonra Britaniyanın hazırkı reytinqinin yüksək qalacağına şübhə edib.
Bəzi təhlilçilərə əsasən qeyri-müəyyənlik investorları sərmayə planlarından çəkindirə bilər.
Bank of America ölkənin tənəzzül dövrünə daxil olacağı ehtimalını real hesab edir. Bankın proqnozuna görə gələn il ümumi daxili məhsulun illik artım tempi 2,3-dən 0,2 faizədək azala bilər.
Morgan Stanley bankı həmçinin iqtisadiyyat artım potensialının məhdudlaşacağını proqnoz edib.
