MSF "miqrasiya siyasətinə görə" Aİ yardımından imtina edib

MSF təşkilatının xilasedici gəmiləri miqrantların Avropaya üz tutduğu dəniz marşrutları yaxınlığında keşik çəkir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, MSF təşkilatının xilasedici gəmiləri miqrantların Avropaya üz tutduğu dəniz marşrutları yaxınlığında keşik çəkir.

Beynəlxalq tibbi yardım üzrə “Sərhədsiz Həkimlər” (MSF) təşkilatı bildirir ki, Avropa İttifaqının miqrasiya siyasəti əleyhinə etiraz əlaməti olaraq AI-nin ayırdığı maliyyə fondlarından imtina edir.

MSF bu səpkidə diqqəti Aİ-Türkiyə sövdələşməsinə yönəldir.

Mart ayında əldə olunmuş razılaşma İkinci Dünya Müharibəsindən bəri Avropaya ən böyük miqrant axınının qarşısının alınmasını nəzərdə tutur. Sövdələşmənin şərtlərinə əsasən Türkiyə bütün miqrantları geri qəbul etməyə razılaşıb.

MSF bildirir ki, bu miqrantların təhlükəsizlik konsepsiyasına ziddir.

Ötən il MSF Aİ və ittifaqa üzv ölkələrdən 63 milyon dollar dəyərində maliyyə yardımı alıb.

Terminologiya: BBC miqrant terminini hərəkətdə olan və sığınacaq iddiası ilə bağlı hüquqi prosesi tamamlamamış bütün adamlara aid edir.