Suriya münaqişəsi: Rusiya Hələbdə “uzunmüddətli atəşkəs” istəyir

Hələb şəhərinə həm üsyançılar həm də hökumətpərəst qüvvələri nəzarət edir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Hələb şəhərinə həm üsyançılar həm də hökumətpərəst qüvvələri nəzarət edir.

İki gün davam edən döyüşlərdən sonra yaranmış fasilə ardınca Rusiya Suriyanın şimalındakı Hələb şəhərində uzunmüddətli atəşkəsə səsləyir.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, gecəyarı qüvvəyə minən “süküt rejimi” Hələbdə vəziyyəti sabitləşdiremək məqsədilə elan olunub.

Hələb şəhərinə həm üsyançılar həm də hökumətpərəst qüvvələri nəzarət edir.

Parçalanmış şəhərdə son aylar ərzində yüzlərlə insan həlak olub.

Rusiya şəhərin qərb hissəsinə doğru irəliləyən Suriya ordusuna havadan zərbələrlə dəstək verib.

Çərşənbə günü Washington Hələbdə əməliyyat həyata keçirən Suriyanı Rusiya və ABŞ vasitəsilə əldə olunmuş atəşkəsi pozmaqda ittiham edib.

Rusiya “süküt rejimi” elan edərkən başqa tərəflərlə məsləhətləşmələr aparıb-parmadığı barədə məlumat verməyib.