Dünyanın ən böyük kruiz gəmisi Britaniya limanına gəlib

Gəminin adı "Dənizlərin harmoniyası"dır.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Gəminin adı "Dənizlərin harmoniyası"dır.

Dünyanın ən iri "Harmony of the Seas" adlı okean kruiz gəmisi Britaniyanın Southampton şəhərinə gəlib.

Uzunluğu 361 metr olan və 5497 sərnişinin yerləşə biləcəyi dəniz səyahəti layneri Southampton limanında lövbər atıb.

Layner ABŞ-ın Royal Caribbean International şirkətinin sifarişilə tikilib.

İki ilə inşa edilən layner 1 milyard 132 milyon dollara başa gəlib. Gəminin 20 restoranı və 23 hovuzu var.

Hündürlüyü 70 metr olan gəminin 16 göyərtəsi var.

Mayın 22-də "Harmony of the Seas" gəmisi Rotterdam şəhərinə yola çıxacaq.

Mayın 29-da isə kruiz gəmisi özünün yay bazasına - Barselonaya yollanacaq.

Hündürlüyü 70 metr olan gəminin 16 göyərtəsi var.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Hündürlüyü 70 metr olan gəminin 16 göyərtəsi var.
Nəhəng layner şəhər sakinlərinin böyük marağına səbəb olub.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Nəhəng layner şəhər sakinlərinin böyük marağına səbəb olub.
Mayın 22-də "Harmony of the Seas" gəmisi Rotterdam şəhərinə yola çıxacaq.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Mayın 22-də "Harmony of the Seas" gəmisi Rotterdam şəhərinə yola çıxacaq.
Layner ABŞ-ın Royal Caribbean International şirkətinin sifarişilə tikilib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Layner ABŞ-ın Royal Caribbean International şirkətinin sifarişilə tikilib.
İki ilə inşa edilən layner 1 milyard 132 milyon dollara başa gəlib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, İki ilə inşa edilən layner 1 milyard 132 milyon dollara başa gəlib.