Şəkillərdə: İkibaşlı ilan

ABŞ-ın Kansas ştatından Jason Talbott kamerası ilə qeyri-adi ilanı çəkə bilib.

İkibaçlı ilan. JASON TALBOTT/CATERS NEWS
Şəklin alt yazısı, Bu qeyri-adi ilanın iki başı olsada, tək bədəni var. Foto:Jason Talbott, Kansas, USA.
İkibaşlı ilan. JASON TALBOTT/CATERS NEWS
Şəklin alt yazısı, Bu qeyri-adi ilanı Talbott-un dostları ilk olaraq tapıblar. Xəbəri eşidən kimi Talbott fürsətdən istifadə edərək kamerası ilə bir neçə şəkil çəkib.
İkibaşlı ilan. JASON TALBOTT/CATERS NEWS
Şəklin alt yazısı, "Mənim ilanları lentə almağa böyük həvəsim var - mən yüzlərlə ilanı lentə almışam, bu zaman bir neçə dəfə ilan vurub da məni. Xoşbəxtlikdən həmin ilanlar zəhərli olmayıb", Talbott deyib.
İkibaşlı ilan. JASON TALBOTT/CATERS NEWS
Şəklin alt yazısı, Məlum olub ki, ilanın başlarından biri o birisiilə müqayisədə daha aqressivdir, digər ilanlara "diş qıcayır". Lakin hər iki baş normal dişlək etmək üçün hərəkətlərini əlaqələndirməlidirlər, çünki ilanın bədəninin hərəkəti başlarının hərəkətindən asılıdır, Talbott qeyd edir.
İkibaşlı ilan. JASON TALBOTT/CATERS NEWS
Şəklin alt yazısı, İkibaşlı ilanların əksəriyyəti bir neçə aydan çox yaşamırlar. "Orta hesabla hər 10,000 ilana 1 ikibaşlı ilan düşür", Talbott deyir.
İkibaşlı ilan. JASON TALBOTT/CATERS NEWS
Şəklin alt yazısı, İlanlar bir qayda olaraq şikarını bədənilə sıxaraq boğur və sonra bütövlüklə udur. Britaniyada yalnız bir növ zəhərli ilan var - bu, gürzədir. Amma digər yerlərdə, misal üçün Avstraliyada istənilən növ zəhərli növ ilana rast gəlmək mümkündür. İlan yalnız dişləmə yolu ilə digər canlıları zəhərləyə bilir. Bütün fotolara hüquq sahibi: JASON TALBOTT/CATERS NEWS