Qlobal su böhranı - şəkillərdə

Londonda fotoqrafçı Mustafa Əbduləzizin uzun müddətli su layihəsinə həsr edilmiş ilk fərdi sərgisi açılıb.

Uşaqlar su dalınca çıxıblar, Sindh vilayəti, Pakistan, 2013
Şəklin alt yazısı, ABŞ fotoqrafçısı Mustafah Əbduləziz qlobal su böhranı mövzusunda sənədli layihəsini ərsəyə gətirmək üçün 2011-ci ildən bəri 8 ölkəyə səfər edərək bu problemin əhəmiyyətinə diqqəti cəlb edib. Su Hekayələri - Water Stories (Uşaqlar su dalınca çıxıblar, Sindh vilayəti, Pakistan, 2013)
Quraqlıq şəraiti, Cantareira rezervuarı, Sao Paulo, Braziliya, 2015
Şəklin alt yazısı, Planetimizdə həyat üçün ən kritik resurs sayılan su əhalinin artması və enerjiyə tələbat, dəniz səviyyəsinin qalxması və buzların əriməsi kimi incə amillərin balansından asılıdır, deyir fotoqraf. (Quraqlıq şəraiti, Cantareira rezervuarı, Sao Paulo, Braziliya, 2015)
Qadınlar quyudan kəndirlə su çıxarır. Tharpakar, Pakistan, 2013
Şəklin alt yazısı, Əbdulazizin məqsədi urbanizasiyanın təsirini göstərməkdir - yarıtmaz su kəməri və kanalizasiya sistemi, su çirklənməsi və su qıtlığı. (Qadınlar quyudan kəndirlə su çıxarır. Tharpakar, Pakistan, 2013)
Xırda dəniz xərçəngi ovu,Hong gölü, Hubei vilayəti, Çin, 2015
Şəklin alt yazısı, "Fotoqrafçılar diqqəti problemə istiqamətləndirmək imkanına malikdirlər. Su və sivilizasiya arasında müvazinətsizlik probleminin təhlili dünyanı, ətraf mühiti və insanları vəhdətdə qavramağa imkan verir." (Xırda dəniz xərçəngi ovu,Hong gölü, Hubei vilayəti, Çin, 2015)
Çinin Hubei vilayətində, Yichang məntəqəsində Üç Dərə Bəndi, 2015.
Şəklin alt yazısı, Çinin Hubei əyalətindəki, Yichang məntəqəsində Üç Dərə Bəndinin tikintisinə 40 milyard dollar xərclənib. Tikintiyə görə 1,4 milyon insan yerlərindən köçürülüb. Çin rəsmiləri bu bəndin Yantszı çayı boyu daşqınların qarşısını almaq və iqtisadiyyatı eletrik enerjisilə təmin etmək məqsədilə tikildiyini bildiriblər.
Shanghai China, 2015.
Şəklin alt yazısı, Yantszı hövzəsi 450 milyon insanı su ilə təmin edir və Tibet platosundan Şərqi Çin dənizi, Şanxaya qədər 6300 kilometr məsafəyə uzanır.
Su nasosu, Osukputu, Benue, Nigeria, 2015.
Şəklin alt yazısı, Qadınlar və uşaqlar içməli suyu quyudan götürür - Osukputu, Benue, Nigeria. WaterAid.org saytının məlumatına əsasən, 57 milyon insan Nigeriyada təmiz və saf sudan məhrumdur.
Irriqasiya kanalı, Kanpur, Hindistan, 2014.)
Şəklin alt yazısı, Hindistanda 774 milyon insanın normal su və kanalizasiya sisteminə çıxışı yoxdur. (İrriqasiya kanalı, Kanpur, Hindistan, 2014.)
Kanalizasiya sistemində iş görülür, Kanpur, Hindistan, 2014.
Şəklin alt yazısı, Hindistanda 140,000 uşaq hər il ishal səbəbindən, suyun və kanalizasiya sisteminin yarıtmaz olduğundan ölür, WaterAid bildirib. (Kanalizasiya sitemində iş görülür, Kanpur, Hindistan, 2014.)
Rakhi Mandi adlı yoxsulların yaşadığı məhəllə, Kanpur, India, 2014
Şəklin alt yazısı, Water Stories sərgisi aprelin 10-dək The Scoop, More London Riverside ünvanında açıq havada keçiriləcək. Sərgi BMT xəttilə qeyd olunan Ümumdünya Su Gününə həsr olunub. Tədbirin təşkilatçılığı şəriklik əsasında HSBC, Earthwatch, WaterAid and WWF (Dünya Təbiət Fondu) qurumları tərəfindən həyata keçirlir.