Marilyn Monroe şəkillərdə - onu əvvəl heç belə görməmişdiniz

Film ulduzu Marilyn Monroe-nun nadir fotolarından ibarət kolleksiya Londonda sərgiyə çıxarılıb.

"Balerina işarə gözləyir"
Şəklin alt yazısı, Marilyn Monroe-nun nadir hallarda görülən fotoları Londonda sərgiyə çıxarılıb. Onların müəllifi Milton H Greene və Douglas Kirkland-dir. Foto: "Balerina işarə gözləyir". Milton H Greene. 1954
"Yoldan çıxaran balerina"
Şəklin alt yazısı, Əsl adı Norma Jeane Mortenson olan Hollywood ulduzu 1926-cı il iyunun 1-də Los Ancelesdə doğulub. 1946-cı ildə o, ilk dəfə bir studio - 20th Century Fox ilə müqavilə imzalayıb və adını dəyişərək Marilyn Monroe edib. Foto: "Yoldan çıxaran balerina", New York, 1956. Milton H Greene
"Marylin Pekines itlə şərqliyə çevrilir"
Şəklin alt yazısı, 1962-ci ildə vəfat etməsinə baxmayaraq, onun imici və şəxsiyyəti ictimai təxəyyülü valeh etməkdə davam edir. Foto: "Marylin Pekines itlə şərqliyə çevrilir", New York, 1955 - Milton H Greene
"Qara şlyapada, başqa heç nəsiz"
Şəklin alt yazısı, Monroe-nun qeyri-adi fotogenik keyfiyyətləri ona ulduz olmağa yardım etdi və onun fotolarını çəkənlər də məhşurlaşdı. Foto: "Qara şlyapada, başqa heç nəsiz", New York , 1956, Milton H Greene
"Yataqda Marilyn ilə"
Şəklin alt yazısı, Onun son foto çəkilişlərindən birini Kirkland etmişdi. Monroe bu şəkillərdə tam çılpaqdır və üzərində ipək örtük var. Foto: "Yataqda Marilyn ilə" - Douglas Kirkland, 1961.
"Marilyn ilə yataqda"
Şəklin alt yazısı, 1961-ci ildə çəkilmiş bu fotolar "Marilyn Monroe ilə axşam" adlanır və əsasən, məhşur aktrisanın yataqda şəkillərindən ibarətdir. Həmin axşamı xatırlayan fotoqraf, Marilyn və özü haqqında "sanki gözəl bir rəqs edirmişik kimi idi" deyir. Foto: "Marilyn ilə yataqda" - Douglas Kirkland, 1961.
"Daşlarda oturuş"
Şəklin alt yazısı, Vogue, Harpers Bazaar və Life kimi jurnallarda işləmiş Milton H Greene 1985-ci ildə vəfat etdi. Foto: "Daşlarda oturuş", Los Angeles 1953. Milton H Greene.
"Amerika Hava Yolları sessiyası"
Şəklin alt yazısı, O, dünyanın bir çox böyük ulduzlarının fotosunu çəkmişdi. Onların arasında Audrey Hepburn, Marlene Dietrich və Cary Grant var idi. Onun çəkdiyi Marilyn Monroe fotoları ən məhşur əsərlərindəndir. Foto: "Amerika Hava Yolları sessiyası", Los Angeles, 1956 - Milton H Greene
Qırmızı Örpəklə Oynamaq" - , New York, 1957 - Milton Greene
Şəklin alt yazısı, Monroe və Greene ilk dəfə 1953-cü ildə Look jurnalına şəkillər çəkdirmək üçün tanış olmuşdular. Foto: "Qırmızı Örpəklə Oynamaq" - , New York, 1957 - Milton Greene
Fahişə oturuşu, Los Angeles, 1956 - Milton H Greene
Şəklin alt yazısı, 1956-cı ildə onlar birlikdə Marilyn Monroe Productions şirkətini yaratdılar. Həmin şirkət "Avtobus dayanacağı" və "Şahzadə və Rəqqasə Qız" filmlərini istehsal etdi. Dörd illik münasibətlərinin sonunadək Milton Greene onun 52 müxtəlif pozada 5000-dən çox fotosunu çəkdi. Foto: Fahişə oturuşu, Los Angeles, 1956 - Milton H Greene
Ağ xəzli sevimli, New York, 1955 Milton H Greene
Şəklin alt yazısı, "Centlemenlər sarışınları seçir" adlı sərgidə Milton H Greene və Douglas Kirland-in Monroe fotoları Londondakı Kiçik Qara Qalereyada bir araya gətirilib. Sərgi 2016-cı il fevralın 27-dək davam edəcək. www.thelittleblackgallery.com Foto: Ağ xəzli sevimli, New York, 1955 Milton H Greene