Keniyada qədim “soyqırım” aşkar edilib

Şəklin mənbəyi, Reuters
Arxeoloqlar Keniyanın şimalında müxtəlif icmalar arasında ehtimal ki, ilk müharibənin dəlillərini üzə çıxarıblar.
Turkana gölünün ucqarında tapılmış 27 nəfərə məxsus 10 min illik qalıqlar göstərir ki, onlar zorakı ölümə məruz qalıblar.
Aşkar edilmiş şəxslərin qalıqları onların dəfn edilmədiyinə dəlalət edir.
Bir çox ekspertlər hesab edir ki, münaqişə təxminən 6 min il bundan əvvəl, insanlar məskunlaşmağa başladıqdan sonra olub.
Ərazidə 2012-ci ildən işləyən arxeoloqlar aşkar ediblər ki, qurbanlar baş vermiş münaqişə zamanı qətlə yetiriliblər.
Ölənlər arasında kişi, qadın və uşaqlar da var.
“Nature” jurnalında dərc edilmiş dəllilər dəqiq nəyin baş verdiyini açılamır, lakin bu, heç şübhəsiz “hansısa münaqişənin” nəticəsində baş verməyib, Cambridge Universitetinin professoru Robert Foley bildirib.
