Mikroskopik aləm - şəkillər

Londonun Queen Mary Universitetindəki Biomühəndislik İnstitunun təşkil etdiyi fotomüsabiqə qalibləri.

Queen Mary Universitetində Biomühəndislik İnstitunun təsis edilməsi münasibətilə keçirilən fotomüsabiqəyə İnstitut işçiləri və tələbələr elmi şəkillərini təqdim ediblər. Kseniya Shuturminskayanın elektron mikroskopu vasitəsilə çəkilmiş fotosunda zülal mühitində apatitsayağı mineralların əmələ gəlməsi göstərilir. Mükafata layiq görülmüş iş Buket adlanır. Müvafiq elmi araşdırma kariesin müalicəsilə bağlı dişlərin formalaşması prosesini tədqiq edir.
Şəklin alt yazısı, Queen Mary Universitetində Biomühəndislik İnstitunun təsis edilməsi münasibətilə keçirilən fotomüsabiqəyə İnstitut işçiləri və tələbələr elmi şəkillərini təqdim ediblər. Kseniya Shuturminskayanın elektron mikroskopu vasitəsilə çəkilmiş fotosunda zülal mühitində apatitsayağı mineralların əmələ gəlməsi göstərilir. Mükafata layiq görülmüş iş Buket adlanır. Müvafiq elmi araşdırma kariesin müalicəsilə bağlı dişlərin formalaşması prosesini tədqiq edir.
İltihaba məruz qalan toxumada ağ qan hüceyrələri (göy rəngdə) əhatəsində limfatik vəzləri (yaşıl rəngdə) təsvir edən 3 ölçülü şəkil konfokal mikroskop vasitəsilə çəkilib. “Yağışda kərtənkələ” şəkilinin müəllifi Samantha Arokiasamy-dir.
Şəklin alt yazısı, İltihaba məruz qalan toxumada ağ qan hüceyrələri (göy rəngdə) əhatəsində limfatik vəzləri (yaşıl rəngdə) təsvir edən 3 ölçülü şəkil konfokal mikroskop vasitəsilə çəkilib. “Yağışda kərtənkələ” şəkilinin müəllifi Samantha Arokiasamy-dir.
Elham Radvarın şəklində biopolimer və peptidlərin formalaşması nəticəsində membran pərdəsi üzərində əmələ gələn lifsayağı şəbəkəni nümayiş etdirir. Elektron mikroskopu ilə çəkilmiş təsviri vulkan kraterinə bənzətmək üçün şəkil rəngləndirilib.
Şəklin alt yazısı, Elham Radvarın şəklində biopolimer və peptidlərin formalaşması nəticəsində membran pərdəsi üzərində əmələ gələn lifsayağı şəbəkəni nümayiş etdirir. Elektron mikroskopu ilə çəkilmiş təsviri vulkan kraterinə bənzətmək üçün şəkil rəngləndirilib.
Ribonuklein turşusunun mikrohissəcikləri (yaşıl) xərçəng törəməsi ilə bağlı makrofaq hüceyrələri əhatəsində. Şəklin müəllifi Yejiao Shi-dir.
Şəklin alt yazısı, Ribonuklein turşusunun mikrohissəcikləri (yaşıl) xərçəng törəməsi ilə bağlı makrofaq hüceyrələri əhatəsində. Şəklin müəllifi Yejiao Shi-dir.
Dharmesh Patel bovin tenositləri yeridilmiş lif toxumasının şəkilini təqdim edib.
Şəklin alt yazısı, Dharmesh Patel bovin tenositləri yeridilmiş lif toxumasının şəkilini təqdim edib.
Doğuşdan əvvəl keçirilən cərrahiyyə əməliyyatından sonra amniotik pərdənin şəkli David Barrett-ə məxsusdur.
Şəklin alt yazısı, Doğuşdan əvvəl keçirilən cərrahiyyə əməliyyatından sonra amniotik pərdənin şəkli David Barrett-ə məxsusdur.
Dan Rowson aktin (yaşıl) və tubulin zülalı (qırmızı) və basal hüceyrələrindən (qırmızı) ibarət insan aenositlərin təsvirini yaradıb.
Şəklin alt yazısı, Dan Rowson aktin (yaşıl) və tubulin zülalı (qırmızı) və basal hüceyrələrindən (qırmızı) ibarət insan aenositlərin təsvirini yaradıb.
Dəri hüceyrələrinin şəklini Dominik Collis çəkib. Müsabiqəyə təqdim edilən şəkillər Queen Mary Universitetinin Mile End tələbə şəhərciyindəki sərgidə nümayiş etdirilir.
Şəklin alt yazısı, Dəri hüceyrələrinin şəklini Dominik Collis çəkib. Müsabiqəyə təqdim edilən şəkillər Queen Mary Universitetinin Mile End tələbə şəhərciyindəki sərgidə nümayiş etdirilir.