Bala fil ac timsahla müharibədən canını necə qurtardı? Şəkillərdə baxın.
Şəklin alt yazısı, Bu bala fil ac timsahla amansız müharibədən sonra onun dişlərindən qurtula bilib.
Şəklin alt yazısı, Bu inanılmaz anın şəklini Zimbabvedən fermer və həvəskar fotoqraf Fransua Borman çəkib.
Şəklin alt yazısı, Fil Zimbabvenin Zambezi vadisindəki Mana nohurunda xortumu ilə başından aşağı su tökürmüş.
Şəklin alt yazısı, "Bala fil, belə görünür ki, çox susayıbmış. Çünki o özünü dayaz, palçıqlı suya atdı və suyu şappıldatmağa başladı", Borman deyir.
Şəklin alt yazısı, "Həyatda heç bir dərdi yoxdu və ağlına da gəlməzdi ki, bulanıq sularda gəzmək necə təhlükəli ola bilər".
Şəklin alt yazısı, "Birdən timsah balaca filin xortumundan yapışdı və mübarizə başladı...", fotoqraf deyir.
Şəklin alt yazısı, "Bala fil çırpınırdı və elə mübariz idi ki, timsahı sudan demək olar ki, çıxardı. Digər fillər timsaha doğru hərəkət etməyə başladı və timsah yavaş-yavaş bala filə təslim oldu".
Şəklin alt yazısı, Bala fil geri çəkildi və timsahı bulanıq sulara təslim etdi.