Rusiya ilə ABŞ Suriya ilə bağlı danışıqları bərpa edir

Şəklin mənbəyi, Reuters
Rusiya, Suriyada hava zərbələri zamanı təhlükəsizlik məsələsinə dair ABŞ-la danışıqları davam etdirməyə razılaşıb, Pentagon xəbər verir.
Danışıqların “bu həftə sonu keçiriləcəyi güman edilir,” mətbuat katibi Peter Cook bildirib.
Hər iki ölkə Suriyada ayrı hava zərbələri kampaniyasını həyata keçirdiyi üçün, təsadüfü toqquşmanın ola biləcəyi ilə bağlı narahatlıq var.
ABŞ və onun NATO müttəfiqləri həmçinin Rusiya təyyarələrinin Türkiyə hava məkanını pozması ilə bağlı da narahatlığını bildirib.
ABŞ və Rusiya hava təhlükəsizliyi ilə bağlı oktyabrın 1-də, video konfrans vasitəsilə müzakirə ediblər. Lakin ABŞ, ondan bəri Moskvadan heç nə eşitmədiklərini bildirib.
Danışıqların ABŞ və Rusiya aviasiyası arasında məsafə və rabitə zamanı hansı dildən istifadə edilməsi məsələlərini əhatə edəcəyi gözlənilir.
Rusiya bildirir ki, onun hədəfləri İslam Dövləti (İD) adlanan qruplaşmadır, lakin Rusiya hava zərbələrinin prezident Bəşər əl-Əsədə müxalif üsyançı qrupları hədəf almasına dair narahatlıq mövcuddur.
