Məkkə məscidində faciə

Hər il Həcc ziyarətinə gələnlər Böyük Məscidin ətrafına toplaşaraq ibadət edirdi.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Hər il Həcc ziyarətinə gələnlər Böyük Məscidin ətrafına toplaşaraq ibadət edirdi.

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Böyük Məscidin üzərinə kran aşıb, nəticədə 65 adam ölüb.

80 insan yaralanıb, mülki müdafiə rəsmiləri deyir.

Nə baş verdiyi dəqiq hələ məlum deyil, ancaq sosial mediada çoxlu saydan ölən və yaralanan insanın şəkilləri paylaşılır.

Hadisə, Məkkənin Həcc ziyarətinə hazırlaşdığı bir vaxtda baş verir.