Kraliça II Elizabeth - 63 il taxtda

Kraliça II Elizabeth 2015-ci il 9 senyabr axşamı Britaniya tarixində ən uzunmüddətli monarx olub.

1952: Kraliça 2-ci Elizabeth (Yelizaveta) qara matəm paltarında Londondakı kral iqamətgahına qayıdır. Bir gün öncə o, kraliça olub. Həmin vaxt 25 yaşı olan Şahzadə Elizabeth, atası Kral 4-cü George-un ölüm xəbərini uzaq Kenyada eşitmişdi.
Şəklin alt yazısı, 1952: Kraliça 2-ci Elizabeth (Yelizaveta) qara matəm paltarında Londondakı kral iqamətgahına qayıdır. Bir gün öncə o, kraliça olub. Həmin vaxt 25 yaşı olan Şahzadə Elizabeth, atası Kral 4-cü George-un ölüm xəbərini uzaq Kenyada eşitmişdi.
1953: Londondakı Westminister Abbey kilsəsində keçirilən mərasimdən sonra 2-ci Elizabeth başına müqəddəs Edward-ın tacını qoyub.
Şəklin alt yazısı, 1953: Londondakı Westminister Abbey kilsəsində keçirilən mərasimdən sonra 2-ci Elizabeth başına müqəddəs Edward-ın tacını qoyub.
1954: Şahzadə Charles və şahzadə Anne valideynləri kraliça 2-ci Elizabeth və Edinburq hersoqu ilə Buckingham sarayının balkonunda. Onlar Britaniya Birliyi ölkələrinə səfər turundan yenicə qayıdıblar.
Şəklin alt yazısı, 1954: Şahzadə Charles və şahzadə Anne valideynləri kraliça 2-ci Elizabeth və Edinburq hersoqu ilə Buckingham sarayının balkonunda. Onlar Britaniya Birliyi ölkələrinə səfər turundan yenicə qayıdıblar.
1957: Kraliça 2-ci Elizabeth televiziya ilə xalqa Milad günü müraciətindən sonra Sandringemdəki Long Library kitabxanasında. Kraliçanın əlində “Zəvvarın ziyarəti” (Pilgrim's Progress ) kitabı var. O televiziya çıxışında bu kitabdan da bir-iki sətir oxumuşdu.
Şəklin alt yazısı, 1957: Kraliça 2-ci Elizabeth televiziya ilə xalqa Milad günü müraciətindən sonra Sandringemdəki Long Library kitabxanasında. Kraliçanın əlində “Zəvvarın ziyarəti” (Pilgrim's Progress ) kitabı var. O televiziya çıxışında bu kitabdan da bir-iki sətir oxumuşdu.
1960: Şahzadə Andrew son 103 ildə hakimiyyətdə olan monarxın dünyaya gətirdiyi ilk uşaq idi.
Şəklin alt yazısı, 1960: Şahzadə Andrew son 103 ildə hakimiyyətdə olan monarxın dünyaya gətirdiyi ilk uşaq idi.
1966: Kraliçanın 40-cı doğum günündə parlamentin Lordlar palatasının açılışı. Kraliça belə mərasimlərdən yalnız iksində ola bilməyib. 1959-cu ildə şahzadə Andrew-a, 1963-cü ildə isə şahzadə Edward-a hamilə olanda.
Şəklin alt yazısı, 1966: Kraliçanın 40-cı doğum günündə parlamentin Lordlar palatasının açılışı. Kraliça belə mərasimlərdən yalnız iksində ola bilməyib. 1959-cu ildə şahzadə Andrew-a, 1963-cü ildə isə şahzadə Edward-a hamilə olanda.
1969: Kraliça 2-ci Elizabeth Cardiff-dəki Caernarfon qəsrində keçirilən mərasimdə kiçik tacı oğlu şahzadə Charles-ın başına qoyur. Əslində Uels şahzadəsi bu titulu 9 yaşından daşıyırdı, lakin əlahəzrət israr etmişdi ki, mərasim o, titulun əhəmiyyətini doğrudan da dərk edəcəyi yaşadək təxirə salınsın.
Şəklin alt yazısı, 1969: Kraliça 2-ci Elizabeth Cardiff-dəki Caernarfon qəsrində keçirilən mərasimdə kiçik tacı oğlu şahzadə Charles-ın başına qoyur. Əslində Uels şahzadəsi bu titulu 9 yaşından daşıyırdı, lakin əlahəzrət israr etmişdi ki, mərasim o, titulun əhəmiyyətini doğrudan da dərk edəcəyi yaşadək təxirə salınsın.
1977: Kraliça öz hökmdarlığının 25 illiyini Birləşmiş Krallıqda çox sıx bir turla qeyd edib. O 10 həftə ərzində 36 əyalətdə olub və dünya boyunca 90 min kilometrlik səfərlər edib.
Şəklin alt yazısı, 1977: Kraliça öz hökmdarlığının 25 illiyini Birləşmiş Krallıqda çox sıx bir turla qeyd edib. O 10 həftə ərzində 36 əyalətdə olub və dünya boyunca 90 min kilometrlik səfərlər edib.
1983: Kraliça 2-ci Elizabeth və Edinburq hersoqu New Delhidə Hindistan prezidenti Zail Sinqxlə görüşürlər. Kraliça, hökmranlığı dövründə indiyədək 129 ölkəyə səfər edib. Onun pasportu yoxdur, çünki Britaniya pasportları onun adından verilir.
Şəklin alt yazısı, 1983: Kraliça 2-ci Elizabeth və Edinburq hersoqu New Delhidə Hindistan prezidenti Zail Sinqxlə görüşürlər. Kraliça, hökmranlığı dövründə indiyədək 129 ölkəyə səfər edib. Onun pasportu yoxdur, çünki Britaniya pasportları onun adından verilir.
1984: Ana kraliça, kraliça 2-ci Elizabeth, şahzadələr William və Harry, habelə Uels şahzadələri şahzadə Harry-nin xaç suyuna çəkmə mərasimində. Kraliçanın 8 nəvəsi və 5 nəticəsi var.
Şəklin alt yazısı, 1984: Ana kraliça, kraliça 2-ci Elizabeth, şahzadələr William və Harry, habelə Uels şahzadələri şahzadə Harry-nin xaç suyuna çəkmə mərasimində. Kraliçanın 8 nəvəsi və 5 nəticəsi var.
1991: Kraliça 2-ci Elizabeth Hollandiyanın baş naziri və Avropa Şurası Nazirlər Kabinetinin sədri Ruud Lubbersi əli ilə bu tədbirdə iştirak etməyən Edinburq hersoqunun kürsüsündə əyləşməyə dəvət edir. Böyük yeddilərin sammit iştirakçıları Londonda, Buckingham sarayının Musiqi zalında müsamirədən əvvəl kraliça ilə şəkil çəkdiriblər.
Şəklin alt yazısı, 1991: Kraliça 2-ci Elizabeth Hollandiyanın baş naziri və Avropa Şurası Nazirlər Kabinetinin sədri Ruud Lubbersi əli ilə bu tədbirdə iştirak etməyən Edinburq hersoqunun kürsüsündə əyləşməyə dəvət edir. Böyük yeddilərin sammit iştirakçıları Londonda, Buckingham sarayının Musiqi zalında müsamirədən əvvəl kraliça ilə şəkil çəkdiriblər.
1992: Kraliça 2-ci Elizabeth Windsor qəsrində baş vermis yanğın yerini nəzərdən keçirir. O 1992-ci ili özünün “annus horribilis”i (ən pis il) adlandırır. Həmin il kral ailəsində iki boşanma baş vermis, York hersoqu və hersoqiniyası, habelə Uels şahzadələri ayrılmışdılar.
Şəklin alt yazısı, 1992: Kraliça 2-ci Elizabeth Windsor qəsrində baş vermis yanğın yerini nəzərdən keçirir. O 1992-ci ili özünün “annus horribilis”i (ən pis il) adlandırır. Həmin il kral ailəsində iki boşanma baş vermis, York hersoqu və hersoqiniyası, habelə Uels şahzadələri ayrılmışdılar.
2006: Kraliça Bukingem sarayının Regent otağında, ona 80 yaşı münasibətilə göndərilımiş açıqcalara baxır.
Şəklin alt yazısı, 2006: Kraliça Bukingem sarayının Regent otağında, ona 80 yaşı münasibətilə göndərilımiş açıqcalara baxır.
2007: Kraliça 2-ci Elizabeth və Edinburq hersoqu evliliklərinin “brilyant” ildönümünü qeyd etmək üçün Hampshire əyalətindəki Brodlendsə gəliblər. Onlar burada 1947-ci ilin noyabrında ilk toy gecəsini keçirmişdilər.
Şəklin alt yazısı, 2007: Kraliça 2-ci Elizabeth və Edinburq hersoqu evliliklərinin “brilyant” ildönümünü qeyd etmək üçün Hampshire əyalətindəki Brodlendsə gəliblər. Onlar burada 1947-ci ilin noyabrında ilk toy gecəsini keçirmişdilər.
2015: Kraliça 2-ci Elizabeth sentyabrın 9-da Britaniya tarixində ən uzun müddətdə hökmranlıq etmiş monarx oldu.
Şəklin alt yazısı, 2015: Kraliça 2-ci Elizabeth sentyabrın 9-da Britaniya tarixində ən uzun müddətdə hökmranlıq etmiş monarx oldu.