Şəkillər: Şərqi Avropaya hündürdən baxış

Karolis Janulis Xorvatiya, Litva və Slovakiyada məsafədən idarə olunan dron vasitəsilə hündür nöqtələrdən foto çəkilişlər aparıb.

Xorvatiya, Krk adası
Şəklin alt yazısı, Fotoqraf Karulis Janulis drondan istifadə edərək Şərqi Avropada çəkilişlər aparıb. Bu fotoda Adriatik dənizdə üzən iki qadın lentə alınıb. Xorvatiya, Krk adası.
Senj şəhərinin çimərliyi, Xorvatiya
Şəklin alt yazısı, 34 yaşlı litvalı müxtəlif nöqtələrdən fotolar çəkib. "Hündürlükdən çəkiliş bir çox obyektləri nəzərə almağa imkan verir", o, izah edir. Senj şəhərinin çimərliyi, Xorvatiya
Fishermen in the lake of Elektrenai, Lithuania.
Şəklin alt yazısı, Janulisin sözlərinə görə uçan dron vasitəsilə hündürdən şəkil çəkmək sənətinə yiyələnmək vaxt tələb edir. Litvada, Elektrenai gölündə balıqçılar.
 Elektrenai gölündə çimənlər, Litva
Şəklin alt yazısı, "Şəkillər 4 ay ərzində çəkilib. Həmin müddətdə dron 100-dən çox uçuş edib." Elektrenai gölündə çimənlər, Litva
Besenova, Slovakia
Şəklin alt yazısı, "İyul ayında Xorvatiya və Slovakiyada çəkilişlər etdim". Besenova, Slovakia
Baltik dənizinin sahilində at çapan şəxs
Şəklin alt yazısı, Litva Baltik respublikaları arasında əraziyə görə ən irisidir və nisbətən cənubda yerləşir. Bu şəkildə Baltik dənizinin sahilində at çapan şəxs əks olunub.
Elektrenai gölü, Litva
Şəklin alt yazısı, Dron vasitəsilə foto çəkməkdən əvvəl Janulis hansı nöqtələrdən çəkiliş ediləcəyinin planını cızır. Elektrenai gölü, Litva
Galve gölündə kanoe, Litva
Şəklin alt yazısı, Janulis hündür nöqtələrdən foto çəkiliş həvəskarıdır. 2013-cü ildə foto müsabiqədə iştitirak etmək qərarına gəlib. Galve gölündə kanoe, Litva
Kütləvi yoqa məşqi, Vilnyus, Litva.
Şəklin alt yazısı, Karolis Janulis səyyar fotoqrafiya kateqoriyasında 2013-2014-cü illərdə keçirilmiş müsabiqələrdə çəkdiyi şəkillərə görə birinci yerə layiq görülüb. Kütləvi yoqa məşqi, Vilnyus, Litva.