Mərakeşdə mini yubka geyinən qadınlar həbsdən azad olunub

Bu ayın əvvəlində məhkəmə qarşısına toplaşanlar qadınların azadlığa buraxılmasını tələb ediblər.

Şəklin mənbəyi, Yastock

Şəklin alt yazısı, Bu ayın əvvəlində məhkəmə qarşısına toplaşanlar qadınların azadlığa buraxılmasını tələb ediblər.

Mərakeşdə qısa yubka geydiyi üçün məhkəməyə çıxarılan iki qadının üzərindən əxlaqsızlıq ittihamları götürülüb, onların vəkilləri deyir.

Qadınlar iyunun 16-da İnezgane bazarında satıcılar onlara sataşdıqdan sonra həbs olunmuşdu.

Onların işi ölkədə qəzəbə səbəb olub və həbsləri şəxsi azadlığa hücum kimi tanımağa çağıran internet petisiyasına minlərlə adam imza atıb.

Yüzlərlə vəkil qadınları məhkəmədə müdafiə edəcəyini bildirib.

Qadın haqları fəalı Fouzia Assouli AFP xəbərlər agentliyinə deyib ki, qadınların azad olunması qısa yubka geyinməyin cinayət olmadığını göstərir.