Şəkillər: sualtı dünya

Mükafatlı fotoqrafçı Matthew (Matty) Smith "Paralel Dünya" adlı layihəsi çərçivəsində Avstraliya və Kuba ərazi sularının dərinliklərində fotoçəkiliş aparıb.

“Ocean Rose” – Bass Point, NSW Australia
Şəklin alt yazısı, Fotoqraf Matty Smith-in dalğıclığa erkən marağı onun sualtı fotoçəkilişlərə həvəsini müəyyən edib. (“Okean qızılgülü” – Bass Point, NSW Australia)
“Smiling Assassin” – American Crocodile, Jardines de la Reina, Cuba.
Şəklin alt yazısı, Smith-in kompozisiyalarında suyun altında müxtəlif mənzərələr əks olunub. Suda üzən bu krokodil Kuba sahilləri yaxınlığında lentə alınıb.
“A Silky Encounter 1” – Jardines de la Reina, Cuba
Şəklin alt yazısı, Fotoqrafçı buludlu səma fonunda şəkil çəkməyə daha həvəslidir. Kuba sahilləri yaxınlığında suda şütüyən bu köpəkbalıqlarını lentə almaq olduqca çətin vəzifə idi.
“A Silky Encounter 2” – Jardines de la Reina, Cuba
Şəklin alt yazısı, Okeanda suya yarım dalmış vəziyyətdə fotolar çəkmək üçün fotoqrafçı özəl olaraq hazırlanmış qübbə biçimli üzən sığınaqdan istifadə edib.
“Bluebottle Army” – Bluebottle cnidarian, Bushrangers Bay, NSW Australia
Şəklin alt yazısı, Matty Smith süyün üzündə üzən meduza əks olunmuş bu fotonu ayrıca qeyd edir: "Bu tip meduzaların olduqca ağrıverici neştəri olmasına baxmayaraq, onların zahiri görünüşü valehedicidir." (Bluebottle cnidarian, Bushrangers Bay, NSW Australia)
"Physalia Physalis” – Bushrangers Bay, NSW Australia
Şəklin alt yazısı, Fotoqrafçı okean suyunun qaranlığında çəkdiyi obyektlərin detallarının seçilməsi üçün xüsusi işıqlandırlma texnikasından istifadə edib. Usta suyun altında obyektləri işıqlandırmaq üçün fibro-optik avadanlığın imkanlarından istifadə edib.
“Crimson Tide” – Waratah Anemones, Port Kembla, NSW Australia
Şəklin alt yazısı, "Bu kiçik su hövzəsində müxtəlif köməkçi foto avadanlıqdan istifadə olunub", Smith deyir. (Port Kembla, NSW Australia)
“Midnight Nudi” – Bushrangers Bay, NSW Australia
Şəklin alt yazısı, Fotoqrafçının sözlərinə görə, dalğıc-fotoqrafçı peşəsi bəzən qəribə vərdişlərin yaranmasına səbəb olur. Misal üçün bəzən qayaları yuyan dayaz sularda "eşələnmək" vərdişini. Lakin son nəticədə görülən zəhmət özünü əldə edilən nadir fotolarda özünü doğruldur.
“A Splash of Yellow” - Sargassum Seaweed, Bushranger Bay, NSW Australia
Şəklin alt yazısı, "Məncə mən çəkdiyim şəkillərdə sarı rəng çatışmazlığı var. Qızılı rəngə çalan bu okean florası həmin boşluğu bir qədər doldurmağa imkan verir", Smith davam edir.
“Legal Immigrant” – A Long Finned Eel, Botanical Gardens, Sydney
Şəklin alt yazısı, Bu ilan balığı Avstraliyada, Sidney yaxınlığındakı Botanik bağlarda lentə alınıb. Matty Smithin işlərini onun vebsaytında görmək olar: ww.attysmithphoto.com