Şəkillərdə: İphone ilə çəkilənlər

Bu ilin iPhone Photography Awards müsabiqəsinin qalibləri elan olunub.

Michal Koralewski: Picking Up Inspiration Everywhere. 1st Place, Photographer of the Year
Şəklin alt yazısı, 2015-ci ilin iPhone Photography Awards müsabiqəsinin qalibləri elan olunub. Bu ağ-qara şəklə görə Polşadan Michal Koralewski ilin fotoqrafı adına layiq görülüb.
David Craik: Shooting Images Never Seen Before. 2nd Place, Photographer of the Year
Şəklin alt yazısı, Finalçılar 120 ölkəni təmsil edən minlərlə iştirakçı arasından seçilib. Müsabiqədə 2-ci yeri tutmuş David Craik sahilyanı kafedəki masadan sığırçınların çörək qırıntılarını dimdiklədikləri vaxt bu fotonu çəkib.
Yvonne Lu: Capturing Moments Along the Journey. 3rd Place, Photographer of the Year
Şəklin alt yazısı, 3-cü yerə ABŞ-dan Yvonne Lu bu fotoya görə layiq görülüb. Bu fotoda qatarda səyahət edən çütlük təsvir edilib.
Sephi Bergerson. Goa, India 1st Place – Animals
Şəklin alt yazısı, 19 kateqoriyada digər 75 fotoqrafa mükafatlar təqdim edilib. Müsabiqəyə təqdim edilən fotolar iPhone, iPad və ya iPod vasitəsilə çəkilməli idi. Sephi Bergerson Canlı təbiət kategoriyasında 1-ci yer qazanıb.
Fabio Alvarez Pichincha, Ecuador 1st Place – Lifestyle
Şəklin alt yazısı, Ekvadorlu Fabio Alvarez Həyat tərzi kateqoriyasında 1-ci yerə layiq görülüb. Rio de Janeiro-dakı çimərlikdə bütün günü futbol oynayan kişi diqqətimi çəkdi. Braziliyalıların bu idman növünə bağlılığını fotoda əks etdirmək istədim"
Jesse Alkire Chicago, IL United States 1st Place – News/Events
Şəklin alt yazısı, “Qeyri-adi, unikal hadisəni buraxa bilmirəm. Bu foto Çikaqo Hava və Su şousunda çəkilib", Xəbər və Hadisə kateqoriyasının qalibi Jesse Alkire deyir.
Jose Luis Saez Martinez Valencia, Spain 1st Place – Others
Şəklin alt yazısı, İspaniyada yaşayan memar José Luis çəkdiyi şəkildə arxitektura mühiti əks olunub.
Andre Malerba Woodstock, VT United States 1st Place – Panorama
Şəklin alt yazısı, Panorama kateqoriyasında 1-ci mükafata ABŞ-dan olan fotoqraf Andre Malerba layiq görülüb.
Cindy Buske Lynnwood, WA United States 1st Place – Still Life
Şəklin alt yazısı, “Mobil fotoqraf kimi mən ətraf aləmi lentə almağa sevirəm, sözün əsl mənasında, diqqətimi çəkən hər bir obyekt mövzu ola bilər. Mənim eləcə də, unikal portretlər yaratmağa həvəsim var. Mənim işlərimdə xəyal və sadəlik tapmaq olar ", Still Life-da birinci gələn Cindy Buske deyir.
Ahmed Saeed Cairo, Egypt 1st Place – Travel
Şəklin alt yazısı, Bu foto Travel kateqoriyasında qalib gəlib. Şəkil Ahmed Saeed tərəfindən Misirin cənubunda Gharb-Sehel-də çəkilib. Digər qaliblərin işlərilə www.ippawards.com "IPP Awards" vebsaytında tanış olmaq olar.