Alimlər: oranqutanlar səslərini bilərəkdən dəyişə bilir

Şəklin mənbəyi, Thinkstock
İnsanabənzər meymunlar səslərinin yüksəkliyini bilərəkdən dəyişə bilirlər, Britaniyanın elmi jurnalı olan "Experimental Biology"də nəşr olunmuş tədqiqat yazısında deyilir.
Tədqiqatın müəllifləri iddia edirlər ki, onların müşahidə etdikləri oranqutanlar ovuclarını ağızlarına elə birləşdirirlərmiş ki, səsləri daha yüksək, ton isə aşağı olsun.
Hazırda alimlər bu davranışı izah edən hipotezlərini sübut etməyə çalışırlar.
Hipotez isə ondan ibarətdir ki, oranqutanlar bu yolla sakitliyi pozanları hürkütmək üçün daha iri qorillaların səsini təqlid etməyə çalışırlar.
Alimlər hesab edirlər ki, onların ehtimalı təsdiqlənərsə bu, insan nitqinin necə inkişaf etdiyini anlamaq üçün böyük əhəmiyyət kəsb edəcək.
